Marneulidə sürücü idarə etdiyi avtomobildə ölüb
Bu gün, 28 dekabr tarixində səhər saatlarında Marneuli rayonunun Qızılhacılı kəndinin ərazisində ölüm hadisəsi baş verib.

Belə ki, Bolnisinin Farizi kəndinin 62 yaşlı sakini idarə etdiyi avtomobildə qəflətən dünyasını dəyişib.

Bu barədə məlumatı 24News.ge yayıb.

Məlumata görə, dünyasını dəyişən şəxs satmaq üçün Marneuli bazarına kartof gətirirmiş.

DİN-dən “Marneuli” radiosuna bildirdilər ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.

İstifadə olunan əsas şəkil 24News.ge-dən götürülüb.

Print Email
FaceBook Twitter Google