Mağazadan xarab olmuş məhsul alan zaman necə hərəkət etməlisiniz
Olqa Endeladze 27 dekabr tarixində Marneulidə yerləşən mağazaların birindən yağ alıb. Olqa axşam “Milko süd məhsullarının” yağını açıb və görüb ki, yağ xarabdır.

Olqa “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, alan zaman yağın istifadə müddətinə də baxıb və istifadə müddəti keçməyibmiş.

“Dünən mağazaların birindən yağ aldım və axşam baxdım ki, xarabdır. Mən artıq nə isə alanda onun qəbzini saxlamağı vərdiş etmişəm və qəbz olan zaman mağaza məhsulu dəyişmək məcburiyyətindədir”, – Olqa Endeladze bildirdi.

Olqa bu gün, 28 dekabr tarixində xarab olmuş yağı aldığı mağazaya gedib.

“İndi cəhd etməliyik və görək dəyişmə prosesi necə işləyir. Çünki söz-söhbətsiz bunu dəyişməlidirlər. Bu mağaza heyətinin bu məsələni nə dərəcədə bilməsi və təcrübələrinin olmasından irəli gələrək baş verəcək”, – Olqa Endeladze dedi.



Olqaya xarab olmuş məhsulu dəyişməyi mağaza menecerinin özü təklif edib. Menecerin açıqlamasına görə, mağazada süd məhsullarının saxlanma qaydasına riayət olunur və temperatur rejiminə də ciddi nəzarət edirlər.

“Əgər istifadə müddəti keçməyibsə, bu mənim problemim deyil. Bizdə 24 saat ərzində soyuducular quruludur. Bu güman ki, yağı istehsal edən şirkətin, yaxud distributorun günahıdır”,
– mağazanın meneceri bildirib.

Mağaza əməkdaşları “Milko süd məhsullarının” yağlarını satışdan götürüblər, Olqaya isə başqa yağ veriblər.

“Milko süd məhsullarını” “Respublika” MMC isetshal edir. Qaynar xətdən “Marneuli” radiosunun zənglərinə cavab vermirlər.

Endeladzenin sözlərinə görə, mağazalarda xarab olmuş, yaxud istifadə müddəti keçmiş məhsulların satışa çıxarılması tez-tez baş verir. Problemin həll edilməsinin əsas yolu isə pozuntulara reaksiya göstərməkdir.

Qida Təhlükəsizliyi Agentliyindən “Marneuli” radiosuna bildirdilər ki, müştəri açıq və ya qapalı ticarət yerlərində (bazarlar, mağazalar, yaxud mall və s.), yaxud iaşə obyektlərində hər hansı pozuntuya rast gələrsə, Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə, 1501-ə zəng vuraraq xəbər verə bilər.


Müştəri tərəfindən mesaj verildikdən sonra agentlik ticarət obyektini yoxlayacaq və orada saxlanılan məhsulların saxlama qaydasına nə dərəcədə riayət olunduğunu müəyyən edəcək.

Print Email
FaceBook Twitter Google