Marneulinin keçmiş meri Zaur Darğallının fərqlənən tələbələrin
mükafatlandırılması təşəbbüsü həyata keçirilmədi.
Yerli özünüidarənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər
ki, uğurlu tələblərin 1000 lari həcmində mükafatlandırılması bu il
planlaşdırılmır.
Zaur Darğallı merliyi dövründə ideyasını həyata keçirə bilmədi,
ancaq ictimai şəkildə əhaliyə bildirdi ki, 2020-ci ildə 15 nəfər
uğurlu tələbəyə hər il yeni il gecəsi 1 000 lari mükafat verilməsi
bir növ ənənəyə çevriləcəkdi.
“Seçim meyarları belədir: mütləq akkreditasiyadan
keçmiş ali təhsil müəssisəsinin tələbəsi olmalıdır, yüksək akademik
iştirak (ən az 91 bal) toplamalıdır. Layihələrdə, müxtəlif
konfranslarda iştirak etmiş tələbələrə üstünlük veriləcək.
Tələbənin fəal olması motivasiyalardan biridir. Eləcə də motivasiya
məktubunun yazılması da vacib olacaq”, – Zaur
Darğallı merliyi dövründə 2020-ci ilin gənclər proqramının
təqdimatı zamanı bildirmişdi.
Marneuli merinin həyata keçirilməyən təşəbbüsünə heç bir mülki
fəal, o cümlədən Nona Samxaradze də etiraz bildirməyib.
“Gürcüstanda özünüidarə institutunun hansı vəziyyətdə
olduğu Marneulinin timsalında yaxşı görünür. Son dörd ildir tam
layiqli merimiz olmayıb. Təsəvvür edin, bütün seçki maşınları
yaradılıb, növbədənkənar seçkilər keçirilir, resurs xərclənir,
vədlər verilir, bu vəzifələr üçün vicdanlı, yoxsa vicdansız
mübarizədirmi, bilmirəm, o qədər mübarizə aparırıq ki, hansısa
demokratik bəndi zəiflətməyə razı qalırıq və deyirik sonra nə
olsun. Bir mer 7 aylıq müddətə gəlir, sonuncu merimiz 8 ay
müddətində işlədi, bu mübarizə və vədlər yox olur, merin müavini
mer olaraq qalır və bizdə faktiki olaraq son dörd ildir belədir.
Onu xalq seçməyib, ona görə də özünüidarə ideyası da itdi. Merin
müavini özünüidarə siyasətini deyil, daha çox təsərrüfat işlərini
həyata keçirir. Bu dairədə fırlanırıq”, – Nona
Samxaradze öz “Facebook” səhifəsində yazıb.
Özünüidarə üzrə ekspert Kote Kandelaki hesab edir ki, bələdiyyədə
merin siyasətinin davam etdirilməsi olmalıdır. Bunun qayğısına mer
səlahiyyətlərini icra edən şəxs və Bələdiyyə Məclisi
qalmalıdır.
“Proqramların dayandırılması müxtəlif səbəblərdən yarana bilər.
Pandemiyadan da maliyyələrin azalması mümkündür. Başqa prioritetlər
yaranıb. Ancaq real olaraq və obyektiv şəkildə desək, onun birinci
müavini əgər onun komandasının üzvüdürsə, seçilmiş merin verdiyi
vədləri həyata keçirməlidir, siyasətini davam etdirməlidir. Merin
götürdüyü öhdəlikləri avtomatik şəkildə ona keçir. Burada Bələdiyyə
Məclisi də öz rolunu oynamalıdır və siyasətdən dönülməməlidir.
Deyək ki, bu istiqamətdə gələn ilin büdcəsində müəyyən proqramlar
nəzərə alınmalıdır.”
Zaur Darğallı son bir il ərzində Marneuli bələdiyyəsinin meri
vəzifəsini tuturdu.