Marneuli meriyası 250 aztəminatlı ailəyə yeni il üçün qida məhsulları verəcək

Marneuli yerli özünüidarəsi 250 aztəminatlı, çoxuşaqlı ailəyə yeni il üçün qida məhsulları verəcək.



Meriyanın İctimai Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ailələrin seçilməsi bələdiyyə miqyasındakı ərazi vahidliklərində merin nümayəndələrinin köməyi ilə olub.
Marneuli meriyası yeni il ərəfəsində paylanacaq məhsulları birbaşa satınalma qaydası ilə alıb.

152 kisə 25 kiloqramlıq un, 250 ədəd üç litrlik günəbaxan yağı, 500 kq naringi, 540 kq alma, 500 kq portağal alınması meriyaya 14 140 lariyə başa gəlib.

 

Print Email
FaceBook Twitter Google