"Yeni Düşüncə İnstitutu" "Orbeliani Gürcüstan" fondu ilə birlikdə "İdeyalar" layihəsinə başlayıb
Yeni Düşüncə İnstitutu” “Orbeliani Gürcüstan” fondu ilə birgə “İdeyalar” adlı müsabiqəyə başlayb.

Müsabiqəyə 18-yaşdan 29-yaşa kimi Marneuli, Bolnisi, Dmanisi və Qardabani bələdiyyələrində yaşayan gənclər qoşula bilərlər. Müsabiqədə iştirak edən gənclərdən öz yaşadıqları kənddə, rayonda qarşılaşdıqları problemləri nəzərə alaraq “nəyi dəyişmək istədikləri” ilə bağlı ideyalarını yazmaları tələb olunur. Layihə gürcü və ya ingilis dilində yazılmalıdır.

NTİ-ın təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosuna müsahibəsi zamanı bildirdi ki, layihədə könüllülər iştirak edə bilərlər.

“Gənclər öz kəndində, öz elində nəyi dəyişdirmək istəyir?! Nə xoşuna gəlmir?! Kreativ ideyalar yazmalıdırlar. Layihənin dəyəri 5 000 lari təşkil edir. Layihədə könüllülər iştirak edə bilər.”

Əfəndiyev bildirdi ki, peşəkar münsiflər tərəfindən 10 ən yaxşı layihə seçilərək qalib olacaq.

“Layihə 3 ay ərzində davam edəcək. Təxminən mart-fevral aylarında cavablar deyiləcək. Layihə çərçivəsində 10 ən yaxşı ideyanı dəstəkləyirik. Ən yaxşı 10 ideyanı qalib elan edib, daha sonra kəndlərdə monitorinqini keçirəcəyik.”

Onun sözlərinə görə, layihənin müəllifinin ona dəstək verən 5 könüllü qrupu olmalıdır. Həmin qruplara layihə sona çatdıqdan sonra daha da peşəkar işləyə bilmələri üçün təlim və seminarlar keçiriləcək. NTİ tərəfindən keçirilən təlimlər zamanı daha böyük büdcəli layihələrin yazılma qaydaları öyrədiləcək. İyun-iyul aylarında isə layihəni başa vuran ən fəal komandaya xüsusi hədiyyə təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, Yeni Düşüncə İnstitutu bu günə qədər “Orbeliani Gürcüstan” fondu ilə birgə bir sıra layihələr həyata keçirib. İdeyalar layihəsinin müəllifi isə Orbeliani Gürcüstan fondunun direktoru Keti Xaçidzedir.

İdeyanızı yazmaq üçün bu linkə daxil ola bilərsiniz: https://jobs.ge/ge/?view=jobs&id=286627

Layihələrin göndərilməsi 31 yanvar tarixinədək mümkündür.
Print Email
FaceBook Twitter Google