Yeni Düşüncə İnstitutu” “Orbeliani Gürcüstan” fondu ilə birgə
“İdeyalar” adlı müsabiqəyə başlayb.
Müsabiqəyə 18-yaşdan 29-yaşa kimi Marneuli, Bolnisi, Dmanisi və
Qardabani bələdiyyələrində yaşayan gənclər qoşula bilərlər.
Müsabiqədə iştirak edən gənclərdən öz yaşadıqları kənddə, rayonda
qarşılaşdıqları problemləri nəzərə alaraq “nəyi dəyişmək
istədikləri” ilə bağlı ideyalarını yazmaları tələb olunur. Layihə
gürcü və ya ingilis dilində yazılmalıdır.
NTİ-ın təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosuna
müsahibəsi zamanı bildirdi ki, layihədə könüllülər iştirak edə
bilərlər.
“Gənclər öz kəndində, öz elində nəyi dəyişdirmək
istəyir?! Nə xoşuna gəlmir?! Kreativ ideyalar yazmalıdırlar.
Layihənin dəyəri 5 000 lari təşkil edir. Layihədə könüllülər
iştirak edə bilər.”
Əfəndiyev bildirdi ki, peşəkar münsiflər tərəfindən 10 ən yaxşı
layihə seçilərək qalib olacaq.
“Layihə 3 ay ərzində davam edəcək. Təxminən mart-fevral
aylarında cavablar deyiləcək. Layihə çərçivəsində 10 ən yaxşı
ideyanı dəstəkləyirik. Ən yaxşı 10 ideyanı qalib elan edib, daha
sonra kəndlərdə monitorinqini keçirəcəyik.”
Onun sözlərinə görə, layihənin müəllifinin ona dəstək verən 5
könüllü qrupu olmalıdır. Həmin qruplara layihə sona çatdıqdan sonra
daha da peşəkar işləyə bilmələri üçün təlim və seminarlar
keçiriləcək. NTİ tərəfindən keçirilən təlimlər zamanı daha böyük
büdcəli layihələrin yazılma qaydaları öyrədiləcək. İyun-iyul
aylarında isə layihəni başa vuran ən fəal komandaya xüsusi hədiyyə
təqdim olunacaq.
Məlumat üçün qeyd edək ki, Yeni Düşüncə İnstitutu bu günə qədər
“Orbeliani Gürcüstan” fondu ilə birgə bir sıra layihələr həyata
keçirib. İdeyalar layihəsinin müəllifi isə Orbeliani Gürcüstan
fondunun direktoru Keti Xaçidzedir.
İdeyanızı yazmaq üçün bu linkə daxil ola bilərsiniz:
https://jobs.ge/ge/?view=jobs&id=286627
Layihələrin göndərilməsi 31 yanvar tarixinədək mümkündür.