Marneulinin Rustaveli küçəsində bir neçə yaşayış korpusunda
kanalizasiya xətti tutulub. Hadisə yerinə toplaşmış əhali problemi
öz vəsaiti ilə həll etməyə çalışır.
Onlar deyir ki, bu ilk dəfə deyil, kanalizasiyanı dəfələrlə öz
hesablarına təmzilədiblər. Rustavelidəki korpusardan birinin birlik
sədri İamze Maisuradzenin sözlərinə görə, yerli özünüidarəyə
müraciət ediblər ancaq problem həll olunmayıb.
"Meriyaya zəng vurduq, dedilər biz hələ işləmirik,
bizim işimiz deyil. Sizin binadır, özünüz həll edin. Kim
düzəltməlidir, mən kimdən pul istəyim, bizim binada pensionerlər
yaşayır, kimdən pul alım? Bizim işimiz deyil, necə istəyirsiniz elə
də həll edin dedilər. Bəs kimin işidir? Su idarəsinə də zəng
vurduq, onlar da dedilər sizin işinizdir”, – İamze
Maisuradze dedi.
Pul yığılması prosesi səs-küyə də səbəb oldu. Əhali deyir ki, pul
yığmaqdan artıq beziblər.
“İndi pul yığırıq, fərdi şəxs gətirmişik, o, bizə kömək edəcək.
Hara müraciət etmədik, dedilər iş günü deyil, biz kömək edə
bilmərik. Mənim burada ticarət obyektim var və məcburam pul yığım.
Əhali çətinlik çəkir, pul istəyə bilmirik. Bu adam təmizləmək üçün
elə məbləğ tələb edib ki, ona minnətdarıq. Mən belə düşünürəm ki,
Marneulidə heç bir struktur yoxdur. 5-10 lari yığırıq, kimin imkanı
nəyə çatır verir”, – Aidə Qarayeva dedi.
“Kanalizasiyaya görə, görün bura nə gündədir. Bir dənə
binanın kanalzasiyası xarab olub. Kimə müraciət edirik, hamı deyir
bizlik deyil. Bəs bu kimlikdir? On-on lari pul yığdıq, bir dəfə
təmizlətdik. Köməyi dəymədi. İkinci dəfə də on-on ları yığdıq, yenə
təmizlətdirik. Baxın bu vəziyyətə düşüb. Bu gün koronavirus olan
bir ölkədə, bir dövlətdə siz məni başa sala bilərsinizmi bu nədir?
Bu pandemiyanın özü deyilmi. Nədir bu? Bir adam bu işə baxmır.
Xahiş edirəm gəlib baxarlar. Kommunal bölmədən gəlib yoxlayarlar.
Zəng edirik, heç kim gəlib bizi yoxlamır, heç kim baxmır. Bir dənə
buna baxaq, bu nə işdir. Fikir verin. Yeddi gündür bu iş var. 7
gündür hər yerə zəng edirik, bir şeyi düzəldə bilmirlər”,
– Faiq Məmmədov dedi.
Yerli özünüidarə hər il Marneuli bələdiyyəsi ərazisində
kanalizasiya sisteminin təmizlənməsi və qulluq göstərilməsi üçün
tender elan edir. Tender əsasında da qaydaya görə əhali öz vəsaiti
ilə problemi həll etməməlidir. Meriya kanalizasiya sisteminin
təmizlənməsini bu il də planlaşdırır və bunun üçün tender elan
ediblər.
Ancaq tenderdə heç kim iştirak etməyib və tender baştutmayıb. Yeni
elan olunacaq tenderin isə vaxtı məlum deyil.