Marneuli bələdiyyəsində yaşayan fiziki imkanları məhdud olan
uşaqlara qida və gigiyenik məhsullar verilib.
Bu barədə məlumatı Marneuli meriyası "Facebook"
səhifəsində paylaşıb.
Məlumata görə, bələdiyyədə yaşayan ailələr üçün nəzərdə tutulan
sosial paketlər Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə
Dövlət Naziri Aparatının təşəbbüsü, Kvemo Kartli Regional
Administrasiyası və yerli özünüidarələrin birgə təşkilatçılığı ilə
həyata keçirilib.
Yardım kampaniyası Dövlət Naziri Aparatının təşəbbüsü və
təşkilatçılığı, həmçinin BMT-nin Uşaq Fondu - "UNICEF"-in dəstəyi
ilə etnik azlıqların sıx yaşadığı bölgələrdə: Kaxeti, Kvemo Kartli
və Samtsxe-Cavaxeti bölgələrində həyata keçirilir.