Marneulidə yaşayan fiziki imkanları məhdud olan uşaqlara qida və gigiyenik məhsullar verilib
Marneuli bələdiyyəsində yaşayan fiziki imkanları məhdud olan uşaqlara qida və gigiyenik məhsullar verilib. Bu barədə məlumatı Marneuli meriyası "Facebook" səhifəsində paylaşıb.

Məlumata görə, bələdiyyədə yaşayan ailələr üçün nəzərdə tutulan sosial paketlər Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü, Kvemo Kartli Regional Administrasiyası və yerli özünüidarələrin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Yardım kampaniyası Dövlət Naziri Aparatının təşəbbüsü və təşkilatçılığı, həmçinin BMT-nin Uşaq Fondu - "UNICEF"-in dəstəyi ilə etnik azlıqların sıx yaşadığı bölgələrdə: Kaxeti, Kvemo Kartli və Samtsxe-Cavaxeti bölgələrində həyata keçirilir.

"Marneuli" Radiosu
Print