İvanişvilinin addımını mən hörmətlə qarşılayıram – Ruslan Hacıyev İvanişvilinin siyasətdən getməsi barədə
11 yanvar tarixində Bidzina İvanişvili “Gürcü Arzusu”-ndan getməsi barədə bəyanat verib.

“Mən partiya sədri vəzifəsini, eləcə də partiyanı tərk edirəm və 2011-ci ilədək olduğu kimi, şəxsi həyat tərzimə qayıdıram”,
– Bidzina İvanişvilinin yayımladığı bəyanatda deyilir. Bəyanatı “Gürcü Arzusu” yayımlayıb.

Marneulinin keçmiş majoritar deputatı Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı İvanişvilinin siyasətdən getməsi ilə bağlı fikirlərini bölüşdü.

Hacıyev İvanişvilinin siyasi həyatdan uzaqlaşmasını onun şəxsi fikri olduğunu və bu fikrə hörmətlə yanaşdığını dedi.

“Cənab İvanişvilinin addımını mən hörmətlə qarşılayıram. Bu, onun özünün şəxsi fikridir. O, özü partiyanın yaradıcısı olub. Bu gün də siyasətdən getdiyini deyir və əlbəttə ki, hörmətlə yanaşıram. Hər bir insanın, hər kəsin fikrinə hörmətlə yanaşması vacibdir. Bu səbəblər də düşünürəm ki, İvanilşvilinin 2012-ci ildə özünün qurub, yaratdığı partiyadan getmək, siyasətdən getmək hüququdur.”

Ruslan Hacıyev 2016-20-ci illərdə Parlamentin Marneuli seçki dairəsindən majoritar deputatı idi.

Onuncu çağırış Parlamentin ilk toplantısından sonra onun səlahiyyətləri dayandırılıb. Hacıyevin sözlərinə görə, o, siyasətdən getməyi düşünmür. Keçmiş deputat ölkənin və azərbaycanlıların ictimai-siyasi həyatında fəaliyyətini davam etdirəcəyini deyir.

Print Email
FaceBook Twitter Google