Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Nika Qvaramianı üzr istəməyə çağırıb
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Nika Qvaramianın “Mtavari” kanalının efirində səsləndirdiyi sözlərlə bağlı bəyanat veriblər.

“Bu günlərdə “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvaramianın Allah və Onun şərafətli Rəsulu Hz. Məhəmməd (s) Peyğəmbər haqqında yersiz müqayisəsini hiddətlə qınayır, həmin şəxsi müsəlman icmasında üzr istəməyə çağırırıq.

Çünki bütün peyğmbərlər haqqında müqayisəli şəkildə olsa da belə, Onların şəxsiyyətinə aid edilən xoşagəlməz bənzətmələr bir mənalı olaraq yolverilməzdir.

Onu da qeyd edək ki, Qvaramianın bu müqayisəsində Allah və İslam Peyğəmbəri sanki qorxulu bir varlıq kimi də anlaşılmaqdadır.

Buna görə, insanları hər zaman bütün İlahi Peyğəmbərlər haqqında söz və ifadələrində diqqətli olub, sayğılı davranmağı tövsiyə edirik.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti”,
– bəyanatda deyilir.

Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.


Print Email
FaceBook Twitter Google