Marneulidə avtomobil yanıb
Bu gün, 18 yanvar tarixində Marneuli şəhərinin Rustaveli küçəsində avtomobil yanıb.

Hadisə şahidləri “Marneuli” radiosuna bildirdilər ki, minik avtomobilində hərəkət edən zaman yanğın baş verib.

“Maşın adi qaydada gəlirdi, birdən yanğın baş verdi. Yəqin elektrik sistemində problem olub. Xoşbəxtlikdən sürücü maşını tez saxladı”, – hadisə şahidi bildirdi.

Maşında yanğın təxminən saat 11:30 radələrində yaranıb. Alovu maşının sahibi və Rustaveli küçəsində yerləşən biznes obyektlərin əməkdaşları söndürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Print Email
FaceBook Twitter Google