Marneuli meriyası 17 günlük tətildən sonra fəaliyyətini bərpa edib.
Özünüidarənin girişində səhərdən izdiham hiss olunur.
Onlarla vətəndaş bələdiyyənin müxtəlif kəndlərindən öz
problemlərinin həlli üçün gəlib. Yerli sakinlər meriya qarşısında
növbədə durmaqdan şikayətlənir.
Xatrıladaq ki, Marneuli özünüidarəsi 1 yanvardan 17 yanvar tarixinə
qədər tətildə idi. Buna görə vətəndaşlar müvafiq xidmətlərdən
yararlana bilmirdilər.