Gürcüstanda fəaliyyət göstərən 70-ə yaxın ictimai təşkilat birgə bəyanat imzalayıb
Bu gün, 18 yanvar tarixində Gürcüstanda fəaliyyət göstərən 70-ə yaxın ictimai təşkilat birgə bəyanat imzalayıb. Bəyanatda deyilir ki, 11 sentyab tarixində ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.

Bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Rafiq Hümmət məlumat verdi. Onun sözlərinə görə, konsert proqramının tarixi təsadüfən seçilməyib. Belə ki, yanvarın 19-dan 20-ə keçən gecə 11-ci Qızıl Ordu Bakı şəhərində azdlıq tələb edən dinc əhaliyə hücum edib. Həmin gün isə Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.



Rafiq Hümmətin sözlərinə görə, təşkilatlar tərəfindən imzalanan bəyanat Gürcüstan prezidenti və dövlət idarələrinə, o cümlədən ABŞ və Avropa Birliyinin ölkədə fəaliyyət göstərən diplomatik korpuslarına da göndəriləcək.

Qeyd edək ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax” “xalqı” üçün xərclənəcəyi bildirilib. Təşkilatın məlumatına görə, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər. Konsertin elanı ötən həftədən “Facebook” sosial şəbəkəsində aktiv şəkildə reklam olunur. Onlayn konsertdə Gürcüstanlı müğənilərin də iştirak edəcəyi bildirilib.

Bu gün imzalanan bəyanatı sizə olduğu kimi təqdim edirik:

"Azərbaycan xalqının matəm günü olan 20 Yanvar faciəsinin 31-ci ildönümündə təxribat xarakterli tədbirin keçirilməsi cəhdi ilə əlaqədar Gürcüstandakı Azərbaycan icması fəallarının müraciəti

11 yanvar tarixində ABŞ-da təsis olunmuş və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Çoxşaxəli Diplomatiya İnstitutunun (მრავალარხიანი დიპლომატიის ინსტიტუტი / The Institute for Multi-Track Diplomacy) Gürcüstandakı filialının Facebook səhifəsində “Artsax beynəlxalq həmrəyliyi” adlı tədbirin keçirilməsi barədə elan dərc edildi. Online xeyriyyə konserti qismində bəyan edilmiş bu aksiyanın təşkilatçıları onu bütün Azərbaycan xalqı üçün matəm günü olan 1990-cı ilin Qara Yanvar faciəsinin 31-ci ildönümü – 20 yanvar 2021-ci il tarixinə planlaşdırdılar. Bundan əlavə, tədbirin əsas məqsədi barədə məlumat verərək, onlar Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına salmağa, 27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikasının 30 ilə yaxın işğal etdiyi Azərbaycan ərazilərinin ilhaqına yönəlmiş barışmaz mövqeyi səbəbindən alovlanan müharibəyə dair reallıqdan uzaq, təhrif edilmiş izahat verməyə çalışdılar.

BMT başda olmaqla, bütün dünya birliyinin dəfələrlə təsdiq etdiyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, habelə Azərbaycan torpaqlarının uzun illər ərzində davam etdiyi işğal faktını sanki görməməzliyə vuran bu “konsert”in təşkilatçıları bölgədə dinc əhalinin çəkdiyi əziyyəti də təhrif etmiş oldular. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən döyüş zolağından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin dinc məhəllələrinə qarşı məqsədli şəkildə SCUD ballistik raketlərinin tətbiq edilməsi, Bərdə şəhərini qadağan olunmuş kaset mərmilərlə bombalanması və bütün bunların nəticəsində Azərbaycanın dinc əhalisi arasında 100-dən artıq insanın həlak olması, 400-dən artıq şəxsin yaralanmasına kor qalan aksiya təşkilatçıları onun guya “Artsax / Dağlıq Qarabağ xalqına yardım və həmrəylik” təzahürü olduğunu iddia edirlər.
Bununla belə, onlar özləri də gizlətmir ki, aksiya zamanı toplanan vəsait “Hayastan” fonduna köçürülməlidir. Bu, Azərbaycan Respublikasının torpaqlarını uzun illər ərzində işğal altında saxlamağa, orada Yaxın Şərq bölgəsindən və digər xarici ölkələrdən gətirilən ermənilərin qeyri-qanuni məskunlaşdırmasına xidmət edən əsas alətlərdən biri olmuşdur. Odur ki, sözügedən fondun “xeyriyyə” qurumu kimi təqdim edilməsi yalnız sadəlövhlüyün və ya riyakarlığın zirvəsidir.

Müstəqilliyin bərpa olunması yolunda 1989-cu ilin 9 Aprel faciəsini yaşamış, sonrakı illərdə Vətənimizin ayrılmaz hissələri olan Abxaziya və Tsxinvali bölgələrinin işğalı, oradakı kütləvi etnik təmizləmələrinin acısını duymuş Gürcüstanda “sırf humanitar tədbir” kimi təqdim olunmağa cəhd edilən, əslində isə Azərbaycan xalqının ləyaqətinə toxunan, yalan məlumat üzərində qurulan, bölgədə sülh və barış əvəzinə qarşıdurmanın davam etdirilməsinə yönəldilən bu təşəbbüsün yer alması xüsusi etiraz doğurur. Heç vəchlə “mədəni” təşəbbüs işğal siyasətinə bəraət qazandırmamalı, işğalçılara pul vəsaitlərinin toplanmasına xidmət etməməlidir.

Bununla əlaqədar biz, Gürcüstandakı Azərbaycan icmasının təmsilçiləri Azərbaycan xalqı üçün müqəddəs anım tarixi olan 20 Yanvar faciəsinin 31-ci ildönümündə bu cür təxribat xarakterli tədbirin keçirilməsi cəhdini qətiyyətlə qınayır, onun ləğv olunmasına çağırırıq. Bu gün bölgəmizdə yaranan yeni reallıqlardan faydalanması üçün belə destruktiv aksiyaların deyil, əsl barışa və sülhə xidmət edəcək təşəbbüslərin vaxtıdır.

Yaşasın Gürcüstan – Azərbaycan strateji tərəfdaşlığı! Var olsun dinc Cənubi Qafqaz!

1. Rafiq Hümbət, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru (Marneuli)
2. Ramin İgidov, Gürcüstan Müsəlmanları İdarəsinin sədri (Tbilisi)
3. Məhəbbət İmanov, Borçalı-İrəli İctimai Birliyinin sədri (Bolnisi)
4. Əlibala Əsgərov, “Qeyrət” Xalq Hərəkatının sədri (Marneuli)
5. Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyinin sədri– “AZEBİ” (Tbilisi)
6. Mahir Dərziyev – Gürcüstan Parlamentinin sabiq deputatı
7. Azər Süleymanov - Gürcüstan Parlamentinin sabiq deputatı
8. Ruslan Hacıyev - Gürcüstan Parlamentinin sabiq deputatı
9. Mirtağı Əsədov, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri (Marneuli)
10. Əli Bədirov, Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyasının sədri (Tbilisi)
11. Namiq Hacıyev, Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin sədri (Tbilisi)
12. Rizvan İsmayılov, UNESCO Ümumdünya Rəssamlar İttifaqının və Gürcüstan Rəssamlar İttifaqının üzvü
13. Leyla Əliyeva, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin sədri (Tbilisi)
14. Mahmud Hacıxəlilov, professor
15. Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial və Mədəni İnkişaf Mərkəzi (Batumi)
16. Emin Əhmədov, İnkişaf və Təhsil Mərkəzinin sədri (Marneuli)
17. Camal Məmmədov, Yaradıcı Gənclər Akademiyasının rəhbəri (Marneuli)
18. Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri (Tbilisi)
19. Elmira Yusubova, UNİON Gənclər Təşkilatının sədri (Marneuli)
20. Rasim Məmmədov, Gürcüstan Əhli-Beyt cəmiyyətinin sədri (Marneuli)
21. Azər Məmmədov, Gürcüstan Lider-Media Təşkilatının rəhbəri (Marneuli)
22. Anar Rafiqoğlu, Tbilisi “Era Teatrı”
23. Bəhram İsayev Rustavi Azərbaycanlılarının İctimai Təşkilatının sədri
24. Leyla Məmmədova, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri (Marneuli)
25. Gültəkin Mustafayeva, Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri (Tbilisi)
26. İsrafil Bayramov, “Borçalı” İş Adamları Birliyinin sədri (Marneuli)
27. Əlixan Yəhyaoğlu, Bolnisi Azərbaycalılarının Mədəniyyət Mərkəzinin sədri
28. Tapdıq Yolçu, “Dostluq yolu” İctimai Təşkilatının sədri (Rustavi)
29. Faiq Nəbiyev, Tbilisidəki “Alulbeyt” dini-mədəni mərkəzinin rəhbəri
30. Ceyran Qurbanova, Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzinin rəhbəri (Tbilisi)
31. Elcan Abdullayev, “Loğman” Tibb Mərkəzinin rəhbəri (Qardabani)
32. Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri (Marneuli)
33. Elbrus Məmmədov, Milli Azlıqlar üzrə Monitorinq Qrupunun rəhbəri (Tbilisi)
34. İdris İsmayılov, “Loğman” qeyri-hökumət təşkilatının sədri (Bolnisi)
35. Mustafa İsmayılov, Gürcüstanın Azərbaycanlı Tələbələr Birliyinin sədri (Tbilisi)
36. Ehtiram Əmirxanlı, Elmi Araşdırmalar Assosiasiyası (Marneuli)
37. Mübariz Qarayev, “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri (Tbilisi)
38. Cambul Məmmədli, “Varlıq” Mədəniyyət Mərkəzinin sədr müavini (Rustavi)
39. Kamil Kirəcli, “Ozan” cəmiyyətinin sədri (Marneuli)
40. “Gürcüstan” qəzetinin redaksiyası (Tbilisi)
41. Maya Rəcəbova, “Salam” Mədəni-Xeyriyyə Təşkilatının sədri (Rustavi)
42. Kamil Əliyev, Gürcüstan Həmrəylik Hərəkatının sədri (Marneuli)
43. Ağabalı Xeyirxəbərov, “Qaraçöp” Ağsaqqallar Şurasının sədri (Saqareco)
44. Gürcüstan Azərbaycanlılarının İslahatlara və İnkişafa Dəstək Assosiasiyası (Tbilisi) – Tel: +995 599 96 26 11
45. Qəhrəman Musayev, Gürcüstan Müdafiə Nazirliyinin və Gürcüstan Daxili İşlər Nazirliyinin Sosial Müdafiə İttifaqının Azərbaycan sektorunun müdiri (Tbilisi)
46. Xaləddin Yolçuyev, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri
47. Gürcüstanın Azərbaycanlı Gənclər Forumu (Marneuli)
48. Əsəd Əliyev, Böyük Birlik Təşkilatının sədri (Marneuli)
49. İsaq Novruzov, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri (Tbilisi)
50. Akif Xansultanlı, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin sədri (Marneuli)
51. M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyəçilik Təşkilatı (Batumi)
52. Vəli Əliyev,“Qarayazı” Dirçəliş İttifaqının sədri (Qardabani)
53. Fazil Həsənov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri
54. Cəmilə Sarvanqızı, “Sarvan” Folklor Ansamblının rəhbəri (Marneuli)
55. Leyla Süleymanova, Gürcüstanın Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri
56. “Zeynəb” Qadınlar Birliyi (Tbilisi)
57. Qasımlı Gənclər Mərkəzi (Marneuli) (Tbilisi)
58. Səadət Zeynalqızı, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri (Qardabani)
59. “Sadaxlı” Mədəniyyət Mərkəzi (Marneuli)
60. Elçin Daşdanov, Əhli-Beyt Aşiqləri Forumunun sədri (Marneuli)
61. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin (Rustavi)
62. Musa Hacıyev, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı (Qardabani)
63. Hacı Əziz Nəbiyev, İmam Hüseyn Məscidinin axundu (Marneuli)
64. Cəlal Qarayev, “Darvaz” mədəni-xeyriyyə ictimai təşkilatının sədri (Bolnisi)
65. Hacı Hacıyev, İmam Əli Məscidinin axundu (Marneuli)
66. Supta Ambavi, Nahid Kurbanov (Marneuli)
67. Bolnisi Azərbaycanlılarının İnkişaf Mərkəzi
68. `İmam Əli``Xeyriyyə Fondu".






Print Email
FaceBook Twitter Google