"Era Teatrı"-nın təşkil etdiyi "Aktyorluq, teatr və kino"
kurslarına qeydiyyat başlanıldı.
Bu barədə məlumat “Era” teatrının rəsmi “Facebook” səhifəsində
paylaşılıb.
Məlumata görə, pandemiya səbəbindən ölkədə qoyulan qadağaların
yumşaldıldığı təqdirdə teatr fevral ayının əvvəllərində fəaliyyətə
başlayacaq. Teatrın kursları Azərbaycan dilində keçirilir. Plana
əsasən 2021-ci ildə kursların gürcü dilində keçirilməsi də
planlaşdırılır. Kurslara qatılmaq ödənişsizdir.
Kurslarda iştirak etmək istəyənlər “Era” teatrının rəsmi “Facebook”
səhifəsinə yaza bilərlər.
https://www.facebook.com/EraTeatri