Era teatrında “Aktyorluq , teatr və kino” kurslarına qeydiyyat başladı
"Era Teatrı"-nın təşkil etdiyi "Aktyorluq, teatr və kino" kurslarına qeydiyyat başlanıldı.

Bu barədə məlumat “Era” teatrının rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Məlumata görə, pandemiya səbəbindən ölkədə qoyulan qadağaların yumşaldıldığı təqdirdə teatr fevral ayının əvvəllərində fəaliyyətə başlayacaq. Teatrın kursları Azərbaycan dilində keçirilir. Plana əsasən 2021-ci ildə kursların gürcü dilində keçirilməsi də planlaşdırılır. Kurslara qatılmaq ödənişsizdir.

Kurslarda iştirak etmək istəyənlər “Era” teatrının rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.

https://www.facebook.com/EraTeatri


"Marneuli" Radiosu
Print