Marneulidə 72 yaşlı qadına sahibsiz itlər hücum edib
Bu gün, 19 yanvar tarixində Marneulidə, Rustaveli küçəsində yaşlı qadına sahibsiz itlər hücum edib.

72 yaşlı Zəhra Heydərova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, səhər saatlarında yaşadığı evdən çıxıb və bu zaman bir neçə it hücum edərək onu yerə yıxıb.

ზახრა ჰეიდაროვა

MarneuliFM · 72 Yaşlı Zəhra Heydərova


Heydərova kimi onun qonşusu Afət Əzizova da sahibsiz itlərin çoxluğundan şikayətlənir. Əzizova deyir ki, sahibsiz itlərin çox olmasına görə uşaqları oynamaq üçün həyətə buraxmırlar.

MarneuliFM · 67 Yaşlı Afət Əzizova


Marneuli meriyası bələdiyyə ərazisində sahibsiz itlərin sığınacağa aparılması, lazım olan halda evtanaziya və heyvan morqlarına aparılması xidməti üçün 2020-ci ilin 15 dekabr tarixində 21 186 lari dəyərində tender elan edib. Tenderə görə qalib gələcək şirkət 2021-ci il ərzində bələdiyyədən 177 sahibsiz it aparmalıdır.

Müalicə və kastrasiya prosedurlarından sonra isə yenidən bələdiyyəyə qaytarmalıdır.

Meriyanın elan etdiyi tenderdə yalnız bir şirkət iştirak edib. Ancaq ona texniki sənədlərə görə diskvalifikasiya verilib. Bələdiyyənin sahibsiz qalmış itlərin sığınacağa aparılması xidməti üçün yenidən tenderi nə vaxt elan edəcəyi məlum deyil.
"Marneuli" Radiosu


Print