Yeni Düşüncə İnstitutu yeni regional layihəyə başlayır
19:58 / 19.01.2021
“Yeni Düşüncə İnstitutu” yeni regional layihəyə başlayır. "COVID-19
pandemiyasının Kvemo Kartliyə təsiri və zərərçəkmiş əhalinin
vəziyyətinin yüngülləşdirilməsi" adlı layihənin əsas məqsədi
pandemiya müddətində zərərçəkmiş insanların yanında durmaqdır.
Layihə çərçivəsində NTİ-ın komandası yaranan vəziyyətlə bağlı
çətinlikləri yaxından izləyərək, dezinformasiyalarla mübarizə
aparacaq, maarifləndirici və məlumatlandırıcı tədbirlər həyata
keçirərək bir sıra tədqiqatlar aparacaq.
Layihə Şərq-Qərb İdarəetmə İstitutunun (EWMI) ACCESS layihəsinin
dəstəyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) maddi dəstəyi ilə həyata keçirilir.
Sözügedən layihəni Kvemo Kartlidə fəaliyyət göstərən yeddi icma
mərkəzinin tərəf-müqabilliyi ilə həyata keçiriləcək, ( Mollaoğlu
İnkişaf Mərkəzi, Xuldərə İcma Mərkəzi, Aşağı Saral İcma Mərkəzi,
Alget İcma Mərkəzi, Qasımlı İcma Mərkəzi, Ağaməmmədli İcma Mərkəzi,
Nəzərli İcma Mərkəzi) .
Layihənin icrası prossesini isə “Marneuli” radiosu
işıqlandıracaq.