Yeni Düşüncə İnstitutu yeni regional layihəyə başlayır
“Yeni Düşüncə İnstitutu” yeni regional layihəyə başlayır. "COVID-19 pandemiyasının Kvemo Kartliyə təsiri və zərərçəkmiş əhalinin vəziyyətinin yüngülləşdirilməsi" adlı layihənin əsas məqsədi pandemiya müddətində zərərçəkmiş insanların yanında durmaqdır.

Layihə çərçivəsində NTİ-ın komandası yaranan vəziyyətlə bağlı çətinlikləri yaxından izləyərək, dezinformasiyalarla mübarizə aparacaq, maarifləndirici və məlumatlandırıcı tədbirlər həyata keçirərək bir sıra tədqiqatlar aparacaq.

Layihə Şərq-Qərb İdarəetmə İstitutunun (EWMI) ACCESS layihəsinin dəstəyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maddi dəstəyi ilə həyata keçirilir.

Sözügedən layihəni Kvemo Kartlidə fəaliyyət göstərən yeddi icma mərkəzinin tərəf-müqabilliyi ilə həyata keçiriləcək, ( Mollaoğlu İnkişaf Mərkəzi, Xuldərə İcma Mərkəzi, Aşağı Saral İcma Mərkəzi, Alget İcma Mərkəzi, Qasımlı İcma Mərkəzi, Ağaməmmədli İcma Mərkəzi, Nəzərli İcma Mərkəzi) .

Layihənin icrası prossesini isə “Marneuli” radiosu işıqlandıracaq.


"Marneuli" Radiosu
Print