İxtisara düşmüş əməkdaş hesab edir ki, onun işdən azad edilməsi ədalətsizdir
Mariana Qvritişvili Bələdiyyə Aparatının hüquq şöbəsinin əməkdaşıdır. Ona 31 dekabr tarixində məlumat veriblər ki, ixtisara düşüb.

Mariana hesab edir ki, onun işdən azad edilməsi ədalətsiz qərar idi. O, konkret səbəblər barədə müsahibə vermədi. Ancaq öz “Facebook” səhifəsində geniş paylaşım edib. Paylaşımı ilə ölkənin Baş naziri Qiorqi Qaxariaya müraciət edir.

“31 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin sədri 7 nəfəri işdən azad edib. Əməkdaşların yeni ilini belə təbrik etdi. Ölkənin Qaxariası isə özəl strukturları əməkdaşları işdə saxlamağa, ölkədəki epidemioloji vəziyyətlə bağlı hadisələri nəzərə almağa çağırır. Mariana Qvritişvili konkret qrup tərəfindən təşkil edilmiş ədalətsiz və süni yenidənqurmanı nə dərəcədə ədalətlə danışıb, bu ayrıca böhtanla dolu hekayədir və bu barədə burada danışa bilməyəcəyəm. Çünki buna hüququm yoxdur.”




Mariana Qviritişvilinin yenidənqurmanın başlaması barədə məlumatı var imiş. Ancaq özünün dediyinə görə, işdən azad ediləcəyi ağlına gəlməyib. Konkret təfərrüatları indiki mərhələdə ictimailəşdirmir.

“Heç bir şəkildə düşünməzdim ki, hüquqi şöbə üçün təhlükə yaranardı. Çünki Bələdiyyə Məclisində funksiyasız şöbələr saxlanılıb və onların funksiyasının “fəaliyyətsizliyi” şübhə yaradır. Deyilənə görə, bir neçə aya yenə “hüquqi təminat şöbəsi” yaratmağı planlaşdırırlar. süni yenidənqurma prosesi ilə bağlı mənim şübhəmi təsdiqləyən daha bir fakt odur ki, Bələdiyyə Məclisi hüquqi ekspertiza funksiyasına da qismən sahiblənib və qaydaya görə, bu yuxarıda qeyd olunan şöbənin toxunulmazlığına zəmanət olaraq onun “möhkəmləndirilməsinin” güclü arqumentlərindən biri olmalı idi. Ancaq mənim şöbəmin rəhbəri, layiqli dövlət məmuru U.Ş. konkret şəxsləri “persona non-qrata”-ya çevirdilər. Çünki yüksək vəzifəli ruhani şəxslə dostluq edir. Bələdiyyə Məclisinin rəhbərliyinin həmin şəxslə bağlı şəxsi maraqları var. Marneuli Bələdiyyə Məclisinin hüquq şöbəsini iki qadına U.Ş. və Mariana Qvritişviliyə qurban veriblər. Çünki bizim işdən azad edilmək üçün səbəbimiz – heç bir pozuntumuz olmayıb. Ona görə də onlar belə asan şəkildə sadəcə şöbəni ləğv etdilər. Gözdən pərdə asmaq üçün bizim şöbədən daha bir adam “azad edilib” ki, ədalətsizliyi ədalət örtüyü ilə örtsünlər.

- Mariana Qvritişvili nə istəyir?

- MMC-yə çevrilmiş Marneuli Bələdiyyə Məclisində ədaləti bərpa etmək”,
– Mariana paylaşdığı məktubda qeyd edib.

Qvritişvili deyir ki, bunların hamısına qarşı ədalətli mübarizə aparmağı planlaşdırır.

“Marneuli” radiosu hələ də Bələdiyyə Məclisinin rəhbəri Amiran Qiorqadze ilə əlaqə saxlamağa çalışır. Ancaq o, bizim zənglərimizə cavab vermir.

Print Email
FaceBook Twitter Google