Marneuli bələdiyyəsinin Kürtlər kəndində fevral ayından kənd
həkimi olacaq.
Fövqəladə Halların İdarəsi və Təxirəsalınmaz Yardım Mərkəzindən
bildirdilər ki, yerli kadr artıq seçilib və fevral ayından
fəaliyyətə başlayacaq.
Kürtlər ambulatoriyasında artıq bir ildir ki, əhalinin ailə həkimi
yoxdur. Həkim olmadığına görə kənddə pandemiya dövründə çox problem
yaranıb.
Qeyd olunan mövzu ilə bağlı “Marneuli” radiosu dəfələrlə material
hazırlayıb.
Marneuli bələdiyyəsinin miqyasında 84 kənd var.
Bələdiyyədə 13 ambulatoriya fəaliyyət göstərir. Ailə həkimlərinin
sayı isə 42 nəfərdir.