Kürtlər kəndində fevral ayından kənd həkimi olacaq

Marneuli bələdiyyəsinin Kürtlər kəndində fevral ayından kənd həkimi olacaq.


Fövqəladə Halların İdarəsi və Təxirəsalınmaz Yardım Mərkəzindən bildirdilər ki, yerli kadr artıq seçilib və fevral ayından fəaliyyətə başlayacaq.

Kürtlər ambulatoriyasında artıq bir ildir ki, əhalinin ailə həkimi yoxdur. Həkim olmadığına görə kənddə pandemiya dövründə çox problem yaranıb.

Qeyd olunan mövzu ilə bağlı “Marneuli” radiosu dəfələrlə material hazırlayıb.
Marneuli bələdiyyəsinin miqyasında 84 kənd var.

Bələdiyyədə 13 ambulatoriya fəaliyyət göstərir. Ailə həkimlərinin sayı isə 42 nəfərdir.

"Marneuli" Radiosu

 

Print