Kosalı sakinlərinin sözlərinə görə, keşiş onların dövlət balansında olan torpaq sahəsini əkib becərməsinə mane olur
Marneuli bələdiyyəsinin İkinci Kosalı kənd əhalisi deyir ki, ruhani şəxs onlara torpaqları əkməyə mane olur. Yerli sakinlərin bildirdiklərinə görə, onlar hər il 12 hektar torpaq sahəsini əkib becərir. Onlar deyir ki, 2020-ci ildə dövlətə rəsmi qaydada torpaq vergisi ödəyiblər.

Buna sübut olaraq sənədləri göstərdilər. Kadastr kodundan məlum olur ki, qeyd olunan torpaq sahəsi dövlət əmlakıdır. Yerli sakinlər bildirirlər ki, keşiş torpaq sahəsinin ona məxsus olduğunu iddia edir.

საკადასტრო კოდით ირკვევა, რომ ნაკვეთი სახელმწიფოს საკუთრებაა



Məsələni aydınlaşdırmaq üçün keşişə zəng vurduq. O, müsahibə verməkdən imtina etdi.



Yerli özünüidarədən bildirirlər ki, qeyd olunan məsələ ilə bağlı məlumatları var və öz səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə edəcəklər.

Print Email
FaceBook Twitter Google