Marneulidə yeni il şam ağacını söküblər
Bu gün, 22 yanvar tarixində Marneuli meriyasının ərazisindəki yeni il şam ağacını söküblər.

Marneulinin mərkəzi Rustaveli küçəsində yeni il işıqları da sökülüb.

Marneuli bələdiyyəsinin 2021-ci il şam ağacı 2020-ci ildəki şam ağacı ilə eyni idi.

İşıqlara da pul xərclənməyib. Marneuli ötən il istifadə olunmuş yeni il işıqları ilə bəzədilmişdi. Epidemioloji vəziyyətə görə meriya yeni il tədbirləri üçün tender də elan etməmişdi.

Qeyd edək ki, yerli özünüidarə 2020-ci ilin qarşılanmasına 300 000 lariyə qədər pul xərcləmişdi.

Ötən ildə onlar yeni il bəzəklərinin alınması/quraşdırılması və montajı xidməti üçün 247 000 lari dəyərində tender elan etmişdilər. Yeni il tədbirlərinin təşkil edilməsi xidmətinə isə 49 150 lari sərf olunmuşdu.


Print Email
FaceBook Twitter Google