"Bizimlə bağlı - bizsiz" – məhdud fiziki imkanlı şəxslərin hökumətin hesabatında əks olunmuş pandemiya şəraitindəki güzəranları reallıqdan uzaqdır
“Bizsiz bizim barəmizdə heç nə” – hökumətin 2020-ci ilin dekabrında, beynəlxalq fiziki imkanları məhdud şəxslər günündə yayımladığı hesabatında yazılıb ki , fiziki imkanları məhdud şəxslərə yanaşmada həmin beynəlxalq prinsiplə rəhbərlik edəcəklər.
Hakimiyyətin iddiasına görə, fiziki imkanları məhdud şəxslər onlar barədə qərarların qəbul edilməsi prosesinə fəal qoşulublar. Hökumət hesab edir ki, COVİD-19 nəticəsində yaranmış böhran zamanı fiziki imkanları məhdud şəxslərə məlumatların əlçatanlığı, sosial-iqtisadi dəstək və icma üzvlərinin proseslərdə iştirakı ilə bağlı müvafiq diqqət yetirilib. Marneulidə mövcud reallıq isə başqa şey göstərir.




Əvvəldən başlayaq. Hökumət deyir ki, ölkədə tətbiq edilmiş tənzimləmələr barədə fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilmiş video çarxlar hazırlayıb. Stopcov.ge-də, hakimiyyət tərəfindən yaradılmış məlumat portalının ilk səhifəsində məlumat xarakterli video çarxlar yüklənib. Ancaq çarxların heç birində fiziki imkanları məhdud şəxslər üçün tərcümə yerləşdirilməyib. Yardım kateqoriyasında yerləşdirilmiş məlumatda görmə qüsuru olanlar üçün nə səsli təlimatlar, nə də xüsusi ehtiyacı olan şəxslər üçün asan dildə yazılmış qeydlər yoxdur. Qaynar xətt nömrələrinin siyahısında 112 yoxdur. Hökumət isə hesabatda qeyd edib ki, məhz həmin proqram eşitmə qüsurlular üçün adaptasiya olunub. Onlar qısa mətn mesajı göndərə, yaxud video zəng həyata keçirə bilərlər.

112 აპლიკაცია


Fiziki imkanları məhdud şəxslərə aid olan yeganə məlumata isə yardım kateqoriyasında rast gəlmək olar: “18 yaşa qədər fiziki imkanları məhdud və kəskin şəkildə məhdud olan şəxslərə 600 larilik yardım – 6 ay ərzində hər ay 100 lari veriləcək. Benefisiarların sayı 43 min nəfərdir. Büdcə – 27 milyon lari”. Hökumətin hesabatında bu pandemiyanın vacib problemlərinə cavab olaraq qeyd olunub. “Kəskin şəkildə məhdud” ayrıca statusdur və bütün fiziki imkanları məhdud şəxsləri nəzərdə tutmur. Müvafiq olaraq, yardımdan kənar qalmış çox sayda fiziki imkanları məhdud şəxs var. Ancaq bu barədə bir az sonra danışacağıq.

İndi məlumatın əlçatanlığından söhbət açaq və koronavirus pandemiyasının fiziki imkanları məhdud şəxslərin həyatına göstərdiyi təsirdən danışaq.

Hesabatda qeyd olunmuş video çarxlar, güman ki, Birinci Kanalın efirində yayımlanıb. Etnik Azərbaycanlılar, həmçinin, eşitmə qüsurlu adamlar gürcüdilli kanallara nadir hallarda baxırlar. Müvafiq olaraq bu yolla yayımlanmış məlumat onlara faktiki olaraq çatmayacaq.
2020-ci ilin 23 mart tarixində Marneuli bağlandı. Koronavirusun yayılmasına görə ciddi karantin hamıya şamil olundu. Ancaq fiziki imkanları məhdud şəxslərin bu barədə məlumatı yox idi. O zaman “Marneuli” radiosu bələdiyyə merindən eşitmə qüsuru olan şəxslərin yardım və ya məlumat almaq üçün nə etməli olduqlarını soruşmuşdu. Cavab belə idi:” Biz vətəndaşlarımıza bütün istiqamətlərdə yardım etməyə hazırıq”. Mer qeyd etdi ki, “bu məsələlər” üzərində işləyən təşkilatlar ümumi iş görmək üçün özləri meriya ilə əlaqə saxlamalıdır.




“COVİD-19 tədbirləri ilə bağlı ictimai məlumat davamlı, əlçatan formatda və vasitələrlə (məs. jest dilinin interpretasiyası, subtitrlər, asan oxunacaq format və s.) yayımlanmır ki, bütün fiziki imkanları məhdud şəxslərə çatsın”, – BMT tərəfindən verilmiş qeydlərdə yazılıb. Orada bu problemin həlli üçün müxtəlif üsullara müraciət etmiş başqa ölkələrlə bağlı nümunələr qeyd olunub:
“Paraqvay və Panama sistemlər hazırlayıb. Həmin sistem müvafiq məlumatın əlçatan formatda çatdırılmasını təmin edir. Analoji olaraq Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin veb-səhifəsinin şöbəsi məlumatın əlçatan formatda, jest dilində və asan oxunacaq şəkildə çatdırılmasını təmin edir. Meksika hökuməti də belə təcrübəyə müraciət edib”, və s.
“Bizsiz bizim barəmizdə heç nə”, başqa ölkə hakimiyyətlərinin etdiyi bütün mühitlərin nəzərə alınması deməkdir.
Hakimiyyət “Rəqəmsal ipək yolu layihəsini”, yəni ümumi internetləşdirməni 2015-ci ildə anons etmişdi. 2020-ci ildə Gürcüstan əhalisinin 20%-dən çoxu yenə də internetsizdir. 2016-cı ildən 2020-ci ilə qədər internetdən istifadə etmək imkanı artan əhalinin sayı yalnız 9% çoxalıb. Statsitika Xidmətinin məlumatına görə, əhalinin 28%-i heç vaxt internetdən istifadə etməyib.
Gürcüstanda fiziki imkanları məhdud şəxslərə internetin əlçatanlığı ilə bağlı statistika yoxdur. Müvafiq olaraq, neçə nəfərin stopcov.ge-yə daxil olmaq, yaxud 112-yə video zəng etmək imkanının olması məlum deyil. Buradaca qeyd edim ki, hökumətin hesabatında təsvir edilmiş imkanları yoxlamaq üçün proqramı yüklədim. Ancaq video-zəng funksiyasını tapa bilmədim.
Marneuli bağlanan zaman Marneulinin eşitmə-nitq qüsurlular birliyinin tərcüməçisi Emo Ospenko təşkilatın ümumi 35 nəfər benefisiarı ilə ünsiyyəti qura bilməyib. Onlardan yalnız 6 nəfər eşitmə qüsurlu şəxsin smartfonu və interneti var. Benefisiarların əksəriyyəti yazmaq və oxumaq bilmir. Ona görə də 112-yə qısa mesaj göndərə bilmirlər.
Marneuli Eşitmə Qüsurlular Birliyinin tərcüməçisi Emo Osipenkonun sözlərinə görə, o, pandemiya dövründə benefisiarlara kömək etmək məqsədi ilə Marneuli meriyasına müraciət edib. O, video çarxların hazırlanması təklifini irəli sürüb. Həmin video çarxlar vasitəsilə benefisiarlara regionda mövcud olan vəziyyət barədə məlumat çatdıracaqdı. Ancaq Osipenko rədd cavabı alıb.


ყრუთა კავშირის ოთახი

Görmə qüsurlular birliyinin Marneuli nümayəndəsi Surik Çiçyan deyir ki, təşkilatın benefisiarlarının böyük qisminin görmə qüsurlular üçün nəzərdə tutulmuş xüsusi kompüteri yoxdur. Əksəriyyətin köhnə model telefonu var və internet qoşmaq mümkün deyil. Eşitmə qüsurlulardan fərqli olaraq görmə qüsurlular televiziya, yaxud radio vasitəsilə məlumat ala bilir. Ancaq Marneulidə dil baryeri problemi var. Bələdiyyə əhalisinin 83% etnik azərbaycanlılardır. Dövlət dilini bilməmək isə yenə də aktual problem olaraq qalır.
Hakimiyyət hesabatda 2020-ci ildə fiziki imkanları məhdud şəxslərin hüququnun qorunması üçün yeni qanun təsdiqlədiyinə görə özünü tərifləyir. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, bu həqiqətən də irəli atılmış addımdır. Qanun çox dəyişiklikləri nəzərdə tutur və ən əsası tibdən sosial modelə keçidi, yəni fiziki imkanları məhdud şəxslərin statusunun müəyyənləşdirilməsini nəzərə alır. Bu deməkdir ki, tibbi tanıma ilə yanaşı fərdin real problemlərini də nəzərə almalıdırlar. Qanun fiziki imkanları məhdud şəxslərin müstəqil yaşamaq imkanlarını maksimum dərəcədə təmin etməlidir. Gürcü jest dili tanınıb, şəxsi assistent xidməti nəzərə alınıb. Qanun qüvvəyə minib. Yerli özünüidarənin layihəsində şəxsi assistent, daha doğrusu bələdçi, tərcüməçi və digər məsələlər də var idi. 2020-ci ilin yanvar ayında Marneuli meri sosial yardım büdcəsi və paket barədə təqdimat keçirdi.
Zaur Darğallı Fiziki İmkanları Məhdud Şəxslər Şurası yaradılacağını bildirdi, sonradan şura fiziki imkanları məhdud şəxslərdən, fiziki imkanları məhdud uşaqların valideynlərindən, meriya və Bələdiyyə Məclisinin nümayəndələrindən ibarət oldu. İnteqrasiya və mühitin uyğunlaşdırılması, həmçinin, əlil arabasından istifadə edənlərin evində pandusların və uyğunlaşdırılmış edilmiş ayaqyolunun qurulması böyük planlarla birgə fiziki imkanları məhdud şəxslərin məlumat bazasının yaradılmasından da söhbət gedirdi. Marneulidə sosial layihənin təqdimatından və yeni qanundan sonra nə baş verdi?

2020-ci ilin mart və may ayında demək olar iki aylıq karantin bələdiyyədə çox adama sosial problem yaratdı. Meriya ciddi rejim elan edildikdən bir həftə sonra ərzaq səbətlərinin paylanmasına başladı. Fiziki imkanları məhdud şəxslər yerli hakimiyyətin yadına ən sonda düşdü. Onlara təxminən may ayının sonunda ərzaq səbəti verildi. Hökumətin böhrana qarşı olan planına əsasən Marneulidə kəskin fiziki imkanları məhdud şəxslərə yardımların verilməsinə pandemiyanın başlamasından demək olar ki, bir il sonra başlanıldı. Tam görmə qüsurlu Surik Çiçyana əlavə 2021-ci ilin yanvar ayında köçürülüb. O, iyun ayı da daxil olmaqla hər ay 100 lari alacaq.
Surik Çiçyan görmə qüsurludur, yəni kəskin şəkildə fiziki imkanları məhdud olan şəxsdir. 2020-ci ilin məlumatlarına görə, Gürcüstanda 126 851 fərqli fiziki imkanı olan vətəndaş var. 29 926 nəfərin kəskin şəkildə fiziki məhdudluğu var. Bu statistika dövlətin altı ay ərzində 100 larilik yardım təyin etdiyi şəxslərlə yanaşı Surik Çiçyanı də nəzərdə tutur. Daha 73 551 nəfərin kəskin dərəcədə aşkarlanmış məhdudiyyəti, 11 723 nəfərin isə müəyyən dərəcədə məhdudiyyəti var. Dövlət Gürcüstanda ümumilikdə 87 274 nəfər fiziki imkanları məhdud şəxsə pandemiya dövründə yardım etmir.

Səhiyyə Nazirliyi fiziki imkanları məhdud şəxslər üçün ayrılmış proqramların planlaşdırılması üçün nə dərəcədə adekvat məlumata malikdir? Dövlət Audit Xidmət bunu araşdırıb. Auditin 2020-ci ildə yayımlanmış və 2017-2019-cu illəri əhatə edən hesabatında oxuyuruq:


სურიკ ჩიჩიან
სურიკ ჩიჩიანი

“Fiziki imkanları məhdud şəxslərin statusunun müəyyənləşdirilməsinin tibbi modeli çərçivəsində toplanmış statistik göstəricilər fiziki imkanları məhdud şəxslər barədə tam və müvafiq məlumatın verilməsini təmin etmir. Bu isə fiziki imkanları məhdud şəxslərə aid olan siyasət və proqramların planlaşdırılmasının vacibliyinin ilkin şərtidir. Nəticədə eləcə də yazılıb:
Ekspertiza formaları bütün fəaliyyət bacarıqları barədə məlumatı qeyd etmək üçün sütunlardan ibarət olmadığına görə, qüvvədə olan sosial-tibbi ekspertizanın formalarında bütün fəaliyyət bacarıqlarının kateqoriyasının qiymətləndirmə nəticələri təsvir olunmayıb. Bəzi fəaliyyət bacarıqları barədə məlumat doldurulub. Əgər bu hər hansı köməkçi vasitənin verilməsinin əsası ilə bağlıdırsa, məsələn, hərəkət etmə və eşitmənin məhdudlaşdırılması. Eləcə də bu tibbi heyət tərəfindən ehtiyacların müəyyənləşdirilməsi bacarığının çatışmazlığından da irəli gəlir. Çünki onlar yalnız tibbi baxımdan ekspertiza apara bilərlər. Nəticədə doldurulmuş formalardan qanunla yazılmış fiziki imkanları məhdud şəxslərin fəaliyyət bacarığının məhdudlaşdırılması barədə tam məlumat almaq mümkün deyil.”
Hakimiyyət pandemiya dövründə auditin qeydlərini nəzərə almadı. 2020-ci ildə qəbul edilmiş qanun da hər fiziki imkanları məhdud şəxsin ehtiyacı öhdəliyini qoyur. Hakimiyyət məlumat toplamaqla yanaşı baş vermiş çatışmazlıqları da nəzərə almadı. Müvafiq olaraq kateqoriya vermək eləcə də bu kateqoriyaya əsasən yardım vermək ədalətsiz çıxır.

Gürcüstanın Siyasi İnstitutu tərəfindən analiz edilmiş məlumatlara görə fiziki imkanları kəskin məhdud şəxslərə altı ay ərzində müəyyən edilmiş 100 larilik yardım yaşayış minimumunu aşmır. Ancaq təşkilat başqa problemlərə də diqqət yetirib.

Gürcüstanın Siyasi İnstitutu tərəfindən koronavirus dövründə hökumətin sosial siyasətinin qiymətləndirilməsində qeyd olunub ki, fiziki imkanları məhdud şəxslərə və eləcə də sosial baxımdan ehtiyaclı, xroniki xəstəliyi olan vətəndaşlar üçün bələdiyyə nəqliyyatının dayandırılması problemdir.
“Bu kimi məhdudiyyətlər zamanı alternativ nəqliyyatın və yardımın olmaması fiziki imkanları məhdud şəxslərin sağlamlıq məsələsinə qarşı laqeydliyə bərabərdir. Məhdudiyyətlərin elan edilməsinə qədər əvvəlcədən həmin məhdudiyyətlərin riskləri ölçülməli və əhalinin müvafiq qruplarının sağlamlığının təminatı üçün vacib logistika təfərrüatları nəzərə alınmalıdır. Bu sosial ehtiyacı olan təbəqənin nəqliyyatla təmin edilməsini mümkün edəcək”, – Gürcüstanın Siyasi İnstitutunun analizində yazılıb.


მარნეული, 2020 წლის მარტი

“Gündəlik yaşam üçün başqalarına söykənən (xidmət göstərənlərin rəsmi yardımına, yaxud qohumların/dostların qeyri-rəsmi yardımına) çox sayda fiziki imkanları məhdud şəxslər hərəkətin məhdudlaşdırılması və fiziki məsafə ölçülərinə görə yardımdan kənar qalır. Bu onları qida, vacib əşyalar və dərmanların əlçatanlığı baxımından məhdudlaşdırılmasına görə risk altında qoya, çimmək, yemək hazırlamaq, yaxud yemək kimi gündəlik əsas işlərini həyata keçirməyə mane ola bilər”, – bu isə BMT-nin qeydlərindən parçadır.

Əlbəttə, Marneuli yerli özünüidarəsində bu məsələ barədə düşünməyiblər və fiziki imkanları məhdud şəxslərin müalicəsi məqsədi ilə hərəkət etməsini təmin etmək və ya başqa məişət problemlərinin yüngülləşdirilməsi ilə bağlı ölçü götürməyiblər. Yerli özünüidarənin sosial layihəni həyata keçirməsi barədə danışmaq belə artıqdır. Merin müavini Laşa Lobcanidze deyir ki, meriyaya fiziki imkanları məhdud şəxslərin sosial planlarının həyata keçirilməsində pandemiya mane olub. Bu dövr ərzində meriya şura ilə fiziki imkanları məhdud şəxslərin ehtiyacları barədə məsləhətləşməyib. 2021-ci ilin büdcəsi barədə müzakirə aparmayıb.
Gürcüstan Parlamentinin veb-səhifəsində yayımlanmış mövzu ilə bağlı tədqiqatda fiziki imkanları məhdud qadınlar və qızlar üçün səhiyyə xidmətinin əlçatanlığı barədə qeyd olunub ki, tədqiqat zamanı statsitikanın verilməsi baxımından baryer qeydə alınıb. fiziki imkanları məhdud şəxslərin rəsmi statistikasını əldə etməyin yeganə mənbəyi Səhiyyə və Sosial Müdafiə Nazirliyidir. Qurum yalnız sosial paket və başqa dövlət yardımlarını alan fiziki imkanları məhdud şəxslər və iş axtaran fiziki imkanları məhdud şəxslərin sayı barədə məlumata sahibdir.

“Məhdudiyyət formaları barədə məlumat hazırlanmayıb. Bu isə fiziki imkanları məhdud şəxsin, həmçinin, qadınların ehtiyaclarının dəqiq müəyyən edilməsini çətinləşdirir. Dövlət proqramları ehtiyacların araşdırılması və öyrənilməsi olmadan təsdiqlənir”, – 2019-cu ilin araşdırmasında yazılıb. Artıq qeyd etdiyimz kimi Zaur Darğallı bələdiyyədə fiziki imkanları məhdud şəxslərin statsitikasının qaydaya salınmasının zəruriliyi barədə da danışımışdı. Ancaq indiyə kimi bu istiqamətdə konkret addımlar atılmayıb.

www.datalab.ge

“Gündəlik yaşam üçün başqalarına söykənən (xidmət göstərənlərin rəsmi yardımına, yaxud qohumların/dostların qeyri-rəsmi yardımına) çox sayda fiziki imkanları məhdud şəxslər hərəkətin məhdudlaşdırılması və fiziki məsafə ölçülərinə görə yardımdan kənar qalır. Bu onları qida, vacib əşyalar və dərmanların əlçatanlığı baxımından məhdudlaşdırılmasına görə risk altında qoya, çimmək, yemək hazırlamaq, yaxud yemək kimi gündəlik əsas işlərini həyata keçirməyə mane ola bilər”, – bu isə BMT-nin qeydlərindən parçadır.

Əlbəttə, Marneuli yerli özünüidarəsində bu məsələ barədə düşünməyiblər və fiziki imkanları məhdud şəxslərin müalicəsi məqsədi ilə hərəkət etməsini təmin etmək və ya başqa məişət problemlərinin yüngülləşdirilməsi ilə bağlı ölçü götürməyiblər. Yerli özünüidarənin sosial layihəni həyata keçirməsi barədə danışmaq belə artıqdır. Merin müavini Laşa Lobcanidze deyir ki, meriyaya fiziki imkanları məhdud şəxslərin sosial planlarının həyata keçirilməsində pandemiya mane olub. Bu dövr ərzində meriya şura ilə fiziki imkanları məhdud şəxslərin ehtiyacları barədə məsləhətləşməyib. 2021-ci ilin büdcəsi barədə müzakirə aparmayıb.

Gürcüstan Parlamentinin veb-səhifəsində yayımlanmış mövzu ilə bağlı tədqiqatda fiziki imkanları məhdud qadınlar və qızlar üçün səhiyyə xidmətinin əlçatanlığı barədə qeyd olunub ki, tədqiqat zamanı statsitikanın verilməsi baxımından baryer qeydə alınıb. fiziki imkanları məhdud şəxslərin rəsmi statistikasını əldə etməyin yeganə mənbəyi Səhiyyə və Sosial Müdafiə Nazirliyidir. Qurum yalnız sosial paket və başqa dövlət yardımlarını alan fiziki imkanları məhdud şəxslər və iş axtaran fiziki imkanları məhdud şəxslərin sayı barədə məlumata sahibdir.

“Məhdudiyyət formaları barədə məlumat hazırlanmayıb. Bu isə fiziki imkanları məhdud şəxsin, həmçinin, qadınların ehtiyaclarının dəqiq müəyyən edilməsini çətinləşdirir. Dövlət proqramları ehtiyacların araşdırılması və öyrənilməsi olmadan təsdiqlənir”, – 2019-cu ilin araşdırmasında yazılıb. Artıq qeyd etdiyimz kimi Zaur Darğallı bələdiyyədə fiziki imkanları məhdud şəxslərin statsitikasının qaydaya salınmasının zəruriliyi barədə da danışımışdı. Ancaq indiyə kimi bu istiqamətdə konkret addımlar atılmayıb.


Print Email
FaceBook Twitter Google