1 fevral tarixindən Marneuli bələdiyyəsinin məktəblərində təhsil prosesi sinif otaqlarında davam etdiriləcək
1 fevral tarixindən Marneuli bələdiyyəsinin məktəblərində təhsil prosesi sinif otaqlarında davam etdiriləcək.

Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bu barədə məlumat verdi və bildirdi ki, təhsil müəssisələri bütün qaydalara riayət etməklə açılacaq.

Təhsil Nazirliyindən bildirirlər ki, Koordinasiya Şurasının qərarına görə, mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, 1 fevral tarixindən Tbilisi, Kutaisi və Rustavidən başqa bütün ölkə miqyasında ümumtəhsil məktəblərində dərs prosesi sinif otaqlarında davam etdiriləcək. Tbilisi, Kutaisi və Rustavi məktəblərində dərs prosesinin sinif otaqlarında davam etdirilməsi 1 mart tarixindən planlaşdırılır. 15 fevral tarixində epidemioloji vəziyyət yenə dəyərləndiriləcək və əgər 7 günün göstəriciləri 4%-ə qədər enərsə, qeyd olunan yüngülləşdirmələr müzakirə ediləcək.

“Qeyd etmək lazımdır ki, sinif otaqlarında dərs keçiriləcək məktəblərdə tibbi protokol ciddi qorunacaq və müəllimlər davamlı şəkildə, 2 həftədə bir dəfə testdən keçiriləcək”, – Nazirliyin yayımladığı bəyanatda bildirilir.

Uşaq bağçaları, peşə məktəbləri və ali təhsil müəssisələrində tənzimləmələr hələ ki, 1 mart tarixində qədər qüvvədə qalacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər