1 fevral tarixindən Marneuli bələdiyyəsinin məktəblərində təhsil
prosesi sinif otaqlarında davam etdiriləcək.
Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bu barədə məlumat
verdi və bildirdi ki, təhsil müəssisələri bütün qaydalara riayət
etməklə açılacaq.
Təhsil Nazirliyindən bildirirlər ki, Koordinasiya Şurasının
qərarına görə, mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, 1
fevral tarixindən Tbilisi, Kutaisi və Rustavidən başqa bütün ölkə
miqyasında ümumtəhsil məktəblərində dərs prosesi sinif otaqlarında
davam etdiriləcək. Tbilisi, Kutaisi və Rustavi məktəblərində dərs
prosesinin sinif otaqlarında davam etdirilməsi 1 mart tarixindən
planlaşdırılır. 15 fevral tarixində epidemioloji vəziyyət yenə
dəyərləndiriləcək və əgər 7 günün göstəriciləri 4%-ə qədər enərsə,
qeyd olunan yüngülləşdirmələr müzakirə ediləcək.
“Qeyd etmək lazımdır ki, sinif otaqlarında dərs
keçiriləcək məktəblərdə tibbi protokol ciddi qorunacaq və
müəllimlər davamlı şəkildə, 2 həftədə bir dəfə testdən
keçiriləcək”, – Nazirliyin yayımladığı bəyanatda
bildirilir.
Uşaq bağçaları, peşə məktəbləri və ali təhsil müəssisələrində
tənzimləmələr hələ ki, 1 mart tarixində qədər qüvvədə qalacaq.