1 fevral tarixindən Marneuli bələdiyyəsinin məktəblərində təhsil
prosesi sinif otaqlarında davam etdiriləcək.
Müəllimlərin bir qismi Marneuliyə Tbilisidən, Rustavidən yaxud
başqa bələdiyyələrdən gəlir. Bizim müsahiblərimizin qeyd
etdiklərinə görə, indi yeni problem qarşısında dururlar. Ölkədə
yaranmış vəziyyətə görə ictimai nəqliyyat dayandırıldığı üçün
pedaqoqlar iş yerərinə necə gedəcəklərini bilmirlər.
Müəllimlərin “Marneuli” radiosu ilə söhbət zamanı qeyd etdiyinə
görə, onlar öz hesablarına Marneuliyə gedib gələ bilməyəcəklər.
“
İndi hesablayırdım və şəxsən mənə Marneuliyə gedib
gəlmək üçün gündə 30-35 lari lazımdır. Belə çıxır ki, bütün maaşımı
yola xərcləməliyəm. Əməkhaqqından söhbət gedir, ancaq dövlət nə
qədər pul verməlidir? Ayda 500 lari köçürəcək? Tbilisidən
Marneuliyə çox müəllimlər gəlir. Çoxunu tanıyıram və hamısı necə
gedəcəyini bilmir” – Daştəpə ictimai məktəbinin
müəllimi Natali Samxaradze bildirdi.
“Eşidəndə ki, Marneulidə tədris sinif otaqlarında davam edəcək, ilk
ağlıma gələn nəqliyyat oldu. Bilirik ki, ictimai nəqliyyatın 1 mart
tarixinə qədər açılmasını güman etmirlər və ən böyük problem budur.
Hazırda mən Kaxetidəyəm və Kaxetidən bu şəraitdə Marneuliyə getmək
çox çətindir. Bu vəziyyətdə mən ilk olaraq Təhsil Nazirliyinin
rəsmi səhifəsinə müraciət etdim. Onlar mənə yazdılar ki, məktəb
nəqliyyatı təmin etməlidir. Ancaq görünür heç kim buna reaksiya
göstərmir. Hələ ki, heç nə eşitməmişəm çünki, təhsilin başlamasına
4-5 gün qalıb. Maaşımız da o qədər deyil ki, özümüz gedib
gələk”- Qaçağan ictimai məktəbinin müəllimi Tamar
Manuçaraşvili bildirdi.
“Mən yerli aiədə qalırdım, indi pandemiya dövrü keçməsə qalmağı
planlaşdırmıram. Doğrudur koronavirusa yoluxmuşdum, ancaq heç kim
sığortalı deyil ki, ikinci dəfə yoluxmasın. Buradan irəli gələrək
qalmağı planlaşdırmıram ki, özümü və başqalarını qoruya bilim.
Nəqliyyat işləmir deyə düşünürəm ki, nə ilə getmək olar. Səhər
tezdən yoldan ötənləri saxlamayacam ki. Hesabladım və gündə orta
hesabla 11 lari lazımdır. Ümid edirəm director pul ayıracaq. Əks
halda ərizə yazmağı və risk qrup olaraq böhran dövrü başa çatana
qədər distant qaydada işləməyi tələb etməyi düşünürəm”
– Sabirkənd ictimai məktəbinin gürcü dili müəllimi
Salome Kiria dedi.
Yerli Təhsil Resurs Mərkəzinin neçə pedaqoqun nəqliyyat probleminin
olması ilə bağlı dəqiq məlumatı yoxdur. Ancaq Resurs Mərkəzin
direktoru Kənan Ömərovun bildirdiyinə görə, bələdiyyədəki 74
ictimai məktəbdə ən az bir pedaqoqun bu kimi ehtiyacı var.
“Bu günlərdə mütləq qərar qəbul olunacaq və bu məsələ
ya nazirlik ya da məktəb tərəfindən həll ediləcək. Hər halda bizim
sahəmizdən həll edəcəklər. İndi dəqiq məlumat deyə bilmərəm, qərarı
gözləyirik”.
Müəllimlərin bir ay ərzində nəqliyyatla təmin edilməsini konkret
olaraq hansı formada təmin edəcəklər və bu problem necə həll
olunacaq? “Marneuli” radiosu bu suallara Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyindən cavab almağa çalışır. Ancaq hələ də cavab almaq
gözləntisindəyik.