Marneulidə işləyən müəllimlərin gediş haqqını kimin ödəyəcəyi hələ ki, məlum deyil

1 fevral tarixindən Marneuli bələdiyyəsinin məktəblərində təhsil prosesi sinif otaqlarında davam etdiriləcək.



Müəllimlərin bir qismi Marneuliyə Tbilisidən, Rustavidən yaxud başqa bələdiyyələrdən gəlir. Bizim müsahiblərimizin qeyd etdiklərinə görə, indi yeni problem qarşısında dururlar. Ölkədə yaranmış vəziyyətə görə ictimai nəqliyyat dayandırıldığı üçün pedaqoqlar iş yerərinə necə gedəcəklərini bilmirlər.

Müəllimlərin “Marneuli” radiosu ilə söhbət zamanı qeyd etdiyinə görə, onlar öz hesablarına Marneuliyə gedib gələ bilməyəcəklər.

İndi hesablayırdım və şəxsən mənə Marneuliyə gedib gəlmək üçün gündə 30-35 lari lazımdır. Belə çıxır ki, bütün maaşımı yola xərcləməliyəm. Əməkhaqqından söhbət gedir, ancaq dövlət nə qədər pul verməlidir? Ayda 500 lari köçürəcək? Tbilisidən Marneuliyə çox müəllimlər gəlir. Çoxunu tanıyıram və hamısı necə gedəcəyini bilmir” – Daştəpə ictimai məktəbinin müəllimi Natali Samxaradze bildirdi.

“Eşidəndə ki, Marneulidə tədris sinif otaqlarında davam edəcək, ilk ağlıma gələn nəqliyyat oldu. Bilirik ki, ictimai nəqliyyatın 1 mart tarixinə qədər açılmasını güman etmirlər və ən böyük problem budur. Hazırda mən Kaxetidəyəm və Kaxetidən bu şəraitdə Marneuliyə getmək çox çətindir. Bu vəziyyətdə mən ilk olaraq Təhsil Nazirliyinin rəsmi səhifəsinə müraciət etdim. Onlar mənə yazdılar ki, məktəb nəqliyyatı təmin etməlidir. Ancaq görünür heç kim buna reaksiya göstərmir. Hələ ki, heç nə eşitməmişəm çünki, təhsilin başlamasına 4-5 gün qalıb. Maaşımız da o qədər deyil ki, özümüz gedib gələk”-
Qaçağan ictimai məktəbinin müəllimi Tamar Manuçaraşvili bildirdi.

“Mən yerli aiədə qalırdım, indi pandemiya dövrü keçməsə qalmağı planlaşdırmıram. Doğrudur koronavirusa yoluxmuşdum, ancaq heç kim sığortalı deyil ki, ikinci dəfə yoluxmasın. Buradan irəli gələrək qalmağı planlaşdırmıram ki, özümü və başqalarını qoruya bilim. Nəqliyyat işləmir deyə düşünürəm ki, nə ilə getmək olar. Səhər tezdən yoldan ötənləri saxlamayacam ki. Hesabladım və gündə orta hesabla 11 lari lazımdır. Ümid edirəm director pul ayıracaq. Əks halda ərizə yazmağı və risk qrup olaraq böhran dövrü başa çatana qədər distant qaydada işləməyi tələb etməyi düşünürəm” –
Sabirkənd ictimai məktəbinin gürcü dili müəllimi Salome Kiria dedi.

Yerli Təhsil Resurs Mərkəzinin neçə pedaqoqun nəqliyyat probleminin olması ilə bağlı dəqiq məlumatı yoxdur. Ancaq Resurs Mərkəzin direktoru Kənan Ömərovun bildirdiyinə görə, bələdiyyədəki 74 ictimai məktəbdə ən az bir pedaqoqun bu kimi ehtiyacı var.

“Bu günlərdə mütləq qərar qəbul olunacaq və bu məsələ ya nazirlik ya da məktəb tərəfindən həll ediləcək. Hər halda bizim sahəmizdən həll edəcəklər. İndi dəqiq məlumat deyə bilmərəm, qərarı gözləyirik”.

Müəllimlərin bir ay ərzində nəqliyyatla təmin edilməsini konkret olaraq hansı formada təmin edəcəklər və bu problem necə həll olunacaq? “Marneuli” radiosu bu suallara Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən cavab almağa çalışır. Ancaq hələ də cavab almaq gözləntisindəyik.

"Marneuli" Radiosu

 

Print