Marneulidə işləyən müəllimləri məktəblər nəqliyyatla təmin etməlidir – nazirlik
Marneulidə işləyən müəllimlərin və rəhbərlik nümayəndələrinin hərəkətini məktəblər təmin etməlidir.

Bu barədə Təhsil Nazirliyindən “Marneuli” radiosuna bildirdilər. Qurumdan verilən məlumata görə, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi mövcud məhdudiyyətlər şəraitində məktəblər üçün alternativ tövsiyələr hazırlayıb. Əgər müəllim, yaxud məktəb rəhbərliyi nümayəndəsi məktəbdən uzaq yaşayırsa, müxtəlif imkanların müzakirə olunması məqsədəuyğundur.

“Məktəb tərəfindən nəqliyyat vasitəsi icarəyə götürülsün və həmin nəqliyyat vasitəsilə müəllimlərin və məktəb rəhbərliyi nümayəndələrinin məktəbə və geri aparılması təmin olunsun. Əgər məktəbin bu xidmət üçün maddi resursu yoxdursa, xərclər qanunvericiliyə uyğun qaydada nazirlik tərəfindən qarşılanacaq. Məktəb Təhsil Resurs Mərkəzi və yerli hakimiyyət nümayəndələri ilə birgə müxtəlif proqramlar çərçivəsində müəllimlərin və məktəb rəhbərliyi nümayədələrini nəqliyyatla təmin edəcək”, – nazirlikdən bildirirlər.

Marneuli Təshil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun sözlərinə görə, indiki mərhələdə neçə nəfər müəllimin və rəhbərlik nümayəndəsinin nəqliyyata ehtiyacı olması barədə məlumat yoxdur. Onun sözlərinə görə, artıq araşdırma aparılır.

“Məktəblər bu mövzu üzərində işləyir. Elə müəllimlər var, öz evlərindədirlər, eləsi var hüquqi baxımdan başqa yerdədir və orada yaşayır. Bununla bağlı məktəblər tərəfindən araşdırma aparılır.”

1 fevral tarixindən Marneuli bələdiyyəsində tədris prosesi sinif otaqlarında davam etdiriləcək. Müəllimlərin bir qismi Marnueliyə Tbilisidən, Rustavidən və digər bələdiyyələrdən gəlir. İctimai nəqliyyatın hərəkəti isə dayandırılıb.

Print Email
FaceBook Twitter Google