Bu gün, 26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisi 2021-ci ilin
büdcəsini təsdiqləyib.
Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə
Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, 2021-ci ilin büdcəsi
34 934 100 lari təşkil edir və ötən ilin büdcəsindən 6 200 000 lari
artıqdır.
“Əməkhaqqı fondu 4 248 400 lari təşkil edir. Bilirsiniz
ki, Gürcüstan hökumətinin sərəncamına əsasən bələdiyyədə yeddi
infrastruktur layihəsinin həyata keçirilməsi üçün 5 051 193 milyon
lari dəyərində pul ayrılmışdı.
Həmin layihələr bunlardır:
- Marneulinin Yağlıca ərazisində yolların asfaltlaşdırılması –
layihənin ümumi dəyəri 747 501 lari təşkil edir. Hökumət tərəfindən
ayrılmış məbləğ 710 132 laridir.
- Yuxarı Qullar kəndində su təchizatının bərpası – layihənin
ümumi dəyəri 1 207 625 lari, hökumət tərəfindən ayrılmış vəsait isə
905 303 lari təşkil edir.
- Aşağı Qullar kəndində su təchizatının bərpası – layihənin ümumi
dəyəri 251 408 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 238 837
lari təşkil edir.
- Xocorni kəndində su təchizatının bərpası – layihənin ümumi
dəyəri 253 309 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 240 643
lari təşkil edir.
- Qızılhacılı kəndində uşaq bağçasının bərpası – layihənin ümumi
dəyəri 800 000 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 760 000
lari təşkil edir.
- Marneuli 1 saylı uşaq bağçası binasının bərpası, tədbirlər üçün
zalın və iki qrup üçün ayrılmış binanın tikintisi – layihənin ümumi
dəyəri 1 363 00 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 1 294
111 lari təşkil edir.
- Xocorni kəndinə gedən yola asfalt örtüyünün çəkilməsi –
layihənin ümumi dəyəri 950 000 lari, hökumət tərəfindən ayrılmış
vəsait isə 902 170 lari təşkil edir.
Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri bildirdi ki,
qeyd olunan layihələrin layihə-hesabat sənədləri meriyaya artıq
verilib və layihələrin həyata keçirilməsi üçün 28 yanvar tarixindən
tender elan olunacaq.
Hökumət tərəfindən qarşılıqlı maliyyələşdirmə ilə həyata
keçiriləcək layihələrdən əlavə Marneulidə 2021-ci ilin büdcəsinə
əsasən yerli hakimiyyət tərəfindən maliyyələşən layihələr də həyata
keçiriləcək.
2021-ci ildə Marneuli bələdiyyəsində həyata
keçiriləcək infrastruktur layihələrinin siyahısını təqdim
edirik:
- Algeti kəndində daxili içməli su şəbəkəsinin bərpası – 400 000
lari
- Baytallı kəndində daxili içməli su şəbəkəsinin qurulması – 100
000 lari
- Meriya binasının birinci mərtəbəsinin təmiri – 190 000
lari
- Xutor-Lejbəddin kəndində içməli suyun bərpası – 100 000
lari
- Dioqnisi kəndində daxili içməli su şəbəkəsinin qurulması – 100
000 lari
- Şaumiani kəndində içməli suyun bərpası – 1 408 000 lari
- Marneuli bələdiyyəsinin uşaq bağçalarında yanğına qarşı
sistemin qurulması – 118 000 lari
- Tamarisi kəndində bio təmizləyici tikililərin qurulması – 318
500 lari
- Marneuli şəhərində Rustaveli küçəsində küçə işıqlarının bərpası
– 123 000 lari
- Qaçağan, Qızılhacılı, Keşəli, Yuxarı Saral, Axlı-Lələ, Sereteli
kəndlərində mini futbol stadionunun tikilmsi – hər stadionun
tikinti dəyəri 80 000 lari
- Xixani kəndində mini stadionun bərpası – 40 000 lari
- Saimerlo kəndində ayinlər evinin tikintisi – 612 000 lari
- Meriya binasının həyətində yenidənqurma işləri – 156 000
lari
- Sereteli kəndində suvarma kanallarının bərpası – 450 000
lari
- Tamarisi kəndində suvarma kanallarının bərpası – 100 000
lari
- Marneuli şəhərində binaların dam örtüyünün bərpası – 350 000
lari
- Marneuli şəhərində Aslanov, Nərimanov, Algeti, Jordaniya,
Nizami və Sulxan Saba küçələrində küçə işıqlarının qurulması – 90
000 lari
- Tsop, Xuldərə, Şulaver və Kürtlər kəndində ictimai məktəbə
gedən yola asflat qatının çəkilməsi – 658 000 lari
- Opreti kəndində Mədəniyyət Evinin bərpası – 280 000 lari
- Saimerlo kəndində daxili yollara asfalt qatının çəkilmsəi – 600
000 lari
- Araflı kəndində daxili yollara asflat qatının çəkilmdəi – 600
000 lari
- Hallavar kəndində daxili yollara asflat qatının çəkilmdəi – 125
000 lari
- Marneuli şəhərində Qiorqadze küçəsi 3-də yerləşən korpus
girişinin döşəməsinin, divarların və pilləkanın bərpa işləri – 30
000 lari
- Marneuli şəhərinə hərbi şəhərçikdə 1 və 7 saylı korpus
girişinin bərpası – 30 000 lari
Qeyd etmək lazımdır ki, büdcənin təsdiqlənməsini iki deputat,
“Avropalı Gürücstan"-ın üzvü Əhməd İmamquliyev və “Milli
Hərəkat”-ın üzvü Azad Kərimov dəstəkləməyib.