1 fevral tarixindən Marneuli bələdiyyəsindəki ictimai məktəblərin
bir qismi hibrid tədrisə keçirilə bilər.
Bu təhsil müəssisəsinin başqa bələdiyyədə, şəhərdə yaşayan müəllimi
və məktəb rəhbərliyini nəqliyyatla təmin etmək imkanı olmadığı
hallarda baş verəcək. Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov
statistika barədə indiki mərhələdə dəqiq məlumatı olmadığını
bildirdi. Ancaq o, güman edir ki, bələdiyyədə mövcud olan
məktəblərin yarıdan çoxu məsələni həll edə biləcək.
Məktəblərin bir qismində təhsil qarışıq formada davam edəcək.
“Başqa bələdiyyələrdən, yaxud şəhərlərdən gələn
müəllimlər üçün xərclər ya məktəb büdcəsindən xərclənəcək, ya da
hibrid təhsilə keçəcəklər. Əgər nəqliyyatla təmin etmək üçün
maliyyə kifayət etməzsə, o zaman müəllimlər konkret olaraq distant
qaydada işləməyə davam edəcəklər. Məktəblərin yarıdan çoxunun
maliyyəsi var, qalanların isə yoxdur. Maksimum 20 məktəbin
maliyyəsi yetərli olmayacaq”, – Kənan Ömərov
dedi.
Təhsil Nazirliyindən bildirdilər ki, 1 fevral tarixindən ölkə
miqyasında tədris prosesi sinif otaqlarında davam etdiriləcək.
İstisna yalnız üç böyük şəhər – Tbilisi, Kutaisi və Rustaviyə
aiddir. Həmin şəhərlərdə şəhər nəqliyyatının hərəkəti də
dayandırılıb.
Marneulidə işləyən bir çox müəllimlər məsələyə münasibətlərini
bildirdilər. Şəhərlərarası nəqliyyatın hərəkətinin 1 mart tarixində
bərpa ediləcəyi təqdirdə onlar iş yerinə necə qayıdacaqları haqda
düşündüklərini dedilər.
Bu gün, 28 yanvar tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria
bildirdi ki, ictimai nəqliyyatın tez bir zamanda bərpa edilməsini
müzakirə edəcəklər.