Marneuli məktəblərinin bir qismi fəaliyyətini hibrid təhsili ilə bərpa edə bilər
1 fevral tarixindən Marneuli bələdiyyəsindəki ictimai məktəblərin bir qismi hibrid tədrisə keçirilə bilər.

Bu təhsil müəssisəsinin başqa bələdiyyədə, şəhərdə yaşayan müəllimi və məktəb rəhbərliyini nəqliyyatla təmin etmək imkanı olmadığı hallarda baş verəcək. Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov statistika barədə indiki mərhələdə dəqiq məlumatı olmadığını bildirdi. Ancaq o, güman edir ki, bələdiyyədə mövcud olan məktəblərin yarıdan çoxu məsələni həll edə biləcək.

Məktəblərin bir qismində təhsil qarışıq formada davam edəcək.

“Başqa bələdiyyələrdən, yaxud şəhərlərdən gələn müəllimlər üçün xərclər ya məktəb büdcəsindən xərclənəcək, ya da hibrid təhsilə keçəcəklər. Əgər nəqliyyatla təmin etmək üçün maliyyə kifayət etməzsə, o zaman müəllimlər konkret olaraq distant qaydada işləməyə davam edəcəklər. Məktəblərin yarıdan çoxunun maliyyəsi var, qalanların isə yoxdur. Maksimum 20 məktəbin maliyyəsi yetərli olmayacaq”, – Kənan Ömərov dedi.

Təhsil Nazirliyindən bildirdilər ki, 1 fevral tarixindən ölkə miqyasında tədris prosesi sinif otaqlarında davam etdiriləcək. İstisna yalnız üç böyük şəhər – Tbilisi, Kutaisi və Rustaviyə aiddir. Həmin şəhərlərdə şəhər nəqliyyatının hərəkəti də dayandırılıb.

Marneulidə işləyən bir çox müəllimlər məsələyə münasibətlərini bildirdilər. Şəhərlərarası nəqliyyatın hərəkətinin 1 mart tarixində bərpa ediləcəyi təqdirdə onlar iş yerinə necə qayıdacaqları haqda düşündüklərini dedilər.

Bu gün, 28 yanvar tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirdi ki, ictimai nəqliyyatın tez bir zamanda bərpa edilməsini müzakirə edəcəklər.
"Marneuli" Radiosu
Print