Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, müəllim, həkim,
yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun yazdığı əsərlər
ilk dəfədir ki, gürcü dilinə tərcümə olunub.
Bu barədə Nəriman Nərimanov adına muzeyin rəsmi “Facebook”
səhifəsində paylaşım edilib.
Kitabın ön sözünü iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva
yazıb, əsərlərin gürcü dilinə tərcüməsi isə filoloq Oktay Kazımov
tərəfindən həyata keçirilib.
“Marneuli” radiosu ilə söhbəti zamanı Aygül İsayeva daha əvvəl
kitabla bağlı konfrans keçirmək fikrinin olduğunu dedi. Lakin
pandemiya səbəbi ilə o, konfransın baş tutmadığını bildirdi.
Kitabın təqdimat mərasiminin keçirilməsi isə planlaşdırılır.
Kitabda oxuculara təqdim olunan “Nadanlıq”, “Nadir şah” pyesləri və
“Bahadır və Sona” romanı Azərbaycan və Gürcü dillərində işıq üzü
görüb. Məlumat üçün qeyd edək ki, Nəriman Nərimanov qələmə aldığı
“Nadanlıq” əsərini Gürcüstanda yazıb.