Tbilisi şəhərində Nəriman Nərimanovun kitabı çap olunub
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun yazdığı əsərlər ilk dəfədir ki, gürcü dilinə tərcümə olunub.

Bu barədə Nəriman Nərimanov adına muzeyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Kitabın ön sözünü iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva yazıb, əsərlərin gürcü dilinə tərcüməsi isə filoloq Oktay Kazımov tərəfindən həyata keçirilib.

“Marneuli” radiosu ilə söhbəti zamanı Aygül İsayeva daha əvvəl kitabla bağlı konfrans keçirmək fikrinin olduğunu dedi. Lakin pandemiya səbəbi ilə o, konfransın baş tutmadığını bildirdi. Kitabın təqdimat mərasiminin keçirilməsi isə planlaşdırılır.

Kitabda oxuculara təqdim olunan “Nadanlıq”, “Nadir şah” pyesləri və “Bahadır və Sona” romanı Azərbaycan və Gürcü dillərində işıq üzü görüb. Məlumat üçün qeyd edək ki, Nəriman Nərimanov qələmə aldığı “Nadanlıq” əsərini Gürcüstanda yazıb.

"Marneuli" Radiosu
Print