Marneuli meriyasının dördüncü mərtəbəsində arxiv otağı yaradılacaq
Marneuli meriyasının dördüncü mərtəbəsində Maliyyə-Büdcə Xidməti üçün arxiv otağı yaradılacaq.

Yerli özünüidarə qeyd olunan otağın yaradılması üçün 4 960 lari xərcləyəcək. Meriya arxiv otağının yaradılması üçün fərdi sahibkar Zakir Bayramovla sadələşdirilmiş qaydada müqavilə bağlayıb.

“Xatırladaq ki, Marneuli meriyasının maliyyə-büdcə xidmətinə sənədləri arxivləşdirmək üçün yer lazımdır. Meriya binasında belə yer olmadığına görə xahiş edirik binanın dördüncü mərtəbəsində arxiv otağı yaradılması üçün müvafiq xidmətlərə tapşırıq verəsiniz”,
– sadələşdirilmiş tender məktubunda yazılıb.

Fərdi sahibkar müqavilə bağlandıqdan cari ilin 26 fevral tarixinə qədər meriyanın dördüncü mərtəbəsində 11 kv.m.-lik arxiv otağı düzəltməlidir.

Marneuli meriyası qeyd olunan işlər üçün 2021-ci ilin büdcəsindən vəsait ayırıb.

Print Email
FaceBook Twitter Google