Marneuli bələdiyyəsi ərazisində sahibsiz itlərin sığınacağa
yerləşdirilməsi (lazım gələn halda evtanaziya və heyvan ölüxanasına
yerləşdirilməsi xidməti üçün bu il 50 000 lari nəzərdə tutub.
Ayrılan vəsaitin ikiqat olması barədə məlumatı meriyanın
İctimaiyyətlə Əlaqələr Şöbəsindən verdilər.
Verilən məlumata görə, 2021-ci il büdcəsinin bölünməsi zamanı pulun
ikiqat olmasına imkan yaranıb.
İllərdir ki, yerli özünüidarə bu kimi xidmətlər üçün tender elan
edir. Ancaq xərclənmiş pulun miqdarı heç vaxt 21 000 lariyə qədər
artmayıb. 2021-ci ildə də həmin dəyərin xərclənməsi
planlaşdırılırdı. 2020-ci ilin 15 dekabr tarixində 2021-ci ildə
həyata keçiriləcək işlərlə bağlı elan edilmiş sonuncu tender də
bunu göstərir. Ancaq tender baş tutmadı.
Tenderdə yalnız bir şirkət iştirak edib. Meriya bir neçə səbəbə
görə şirkəti tenderdən kənarlaşdırıb. Səbəblər arasında sığınacaq
baytarlarının ixtisasını təsdiq edən sənədin təqdim olunmaması da
var.
Yerli özünüidarədən bildirirlər ki, vəsaitin həcmi artırılmaqla
daha bir tender yaxın gələcəkdə elan olunacaq.
“Marneuli” radiosu Marneulidə sahibsiz itlərlə bağlı dəfələrlə
material hazırlayıb. 2019-cu il də isə itlər üçün regional
sığınacağın tikilməsi planlaşdırılırdı. Sığınacaq üçün yerlərdən
biri kimi məhz Marneuli düşünülürdü. Bu günə qədər bələdiyyə və
regionda belə məkan yoxdur.
Meriyanın hər il elan etdiyi tenderə baxmayaraq problem yenə də
həll olunmadan qalır və bələdiyyədə sahibsiz itlər problemi yenə də
mövcuddur. Bizdə olan son bir neçə ayın göstəricilərinə görə,
Marneulidə it dişləmə halları dəfələrlə qeydə alınıb. Məsələn, ötən
ilin 7 ayı ərzində 648 nəfər quduzluğa görə peyvənd vurdurub.
Bələdiyyənin 50 000 lariyə neçə itə xidmət göstərə biləcəyi hələ
ki, məlum deyil.