Bu gün, 26 fevral tarixində Marneulidə, “Çay evi”-ndə Xocalıdan
olan ailələrin üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri Faiq Quliyev
iştirak edib. O, Xocalıdan olan və Marneulidə yaşayan ailələrin
üzvləri ilə görüşüb. Təşkil olunan ehsan süfrəsi ətrafında əyləşən
insanlar soyqırımda həyatını itirənləri bir dəqiqəlik sükutla
anıblar.
Görüşdə Xocalı soyqırımına şahid olan Zərifə Bayramova çıxış edərək
yaşadıqları çətin, ağrı-acılı günlərdən danışıb. O, bu günləri
xatırlamağın çətin olduğunu bildirib. Həmçinin Xocalı sakini olan
Aqnet Çıldırlı da çıxış edib. O, Ağdamda gördüklərindən danışaraq,
yaralı insanların xəstəxanalara çatdırılmasında kömək etdiyini
deyib.
Səfir Faiq Quliyev görüşdə iştirak edən ailələrə Xocalıda yaşanan
çətin xatirələri bir araya gətirərək dərc olunacağını bildirib.
Görüşdən əvvəl Xocalıdan olan 5 ailəyə ərzaq yardımı edilib.
Xocalılar səfirə öz təşəkkürlərini bildiriblər.
Təşkil olunan görüşdə Marneuli merinin müavini Kənan Ömərov, merin
köməkçisi Adil Əliyev, Gürcüstanda Azərbaycanlı İş Adamları
Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov da
iştirak edib.