Bu gün, 9 aprel tarixində Marneulinin Mədəniyyət Evi ərazisində
1989-cu ilin 9 aprelində həlak olanların xatirəsini yad
ediblər.
Bugünkü günə həsr edilmiş tədbirdə Marneuli Mədəniyyət Evinin
əməkdaşları 1989-cu ilin 9 aprel tarixində Sovet İttifaqının
silahlı qüvvələri tərəfindən Tbilisidə dinc aksiya dağıdılan zaman
həlak olanların hekayəsini xatırlayıblar.
Tədbirdə Marneulinin mer səlahiyyətlərini icra edən Zaur Tabatadze
çıxış edib. O, Gürcüstan tarixində 9 aprelin əhəmiyyəti barədə
danışıb.
“
Bugünkü gün, 9 aprel ötən əsrin 70-ci illərində
başlayan hadisələrin təsviridir. Sovet işğalına qarşı aksiyalar
başladı və yekun nöqtə 9 aprel hadisələri oldu. 9 aprel gecəsi
Sovet İttifaqının işğalçı qüvvələri azadlıq üçün mübarizə aparan
gənclərə hücum etdilər. Həmin gənclər ölkənin müstəqilliyi üçün
qurban getdilər. Bugünkü gün faciə ilə yanaşı bayram günüdür.
Çünki bu qan səbəbsiz tökülməmişdi və həmin gün 1991-ci ildə
müstəqillik gününün elan olunmasını bizə bəxş etdi”-
Zaur Tabatadze bildirdi.
Tədbirdə Marneuli meriyasının və Bələdiyyə Məclisinin vəzifəli
şəxsləri, Gürcüstan Azərbaycan səfirliyinin nümayəndələri iştirak
edirdi.
Meriya nümayəndələri Mədəniyyə Evinin ərazisində tədbir keçirilənə
qədər Algetidə, Tsereli və Tamarisidəki 9 aprel memoriallarına
əklil qoydu.
1989-cu ilin 9 aprel tarixində səhərə yaxın Sovet İttifaqının
silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası
qarşısında dinc aksiya iştirakçılarını dağıdıb və nəticədə 21 nəfər
dünyasını dəyişib.
Parlament qarşısına toplaşmış minlərlə vətəndaş qazla zəhərlənib.
1991-ci ilin 9 aprel tarixində Ali Şura həmin tarixi Gürcüstanın
Dövlət Müstəqilliyinin bərpası günü elan edib.