Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və Şeyxi
Mirtağı Əsədov koronavirusa qarşı peyvənd olunmaq haqda düşünür.
Mirtağı Əsədov “Marneuli” radiosu ilə söhbəti zamanı koronavirusa
qarşı peyvənd olunmaq fikrini müsbət qarşıladığını dedi. O, İslam
dinində də peyvənd olunma ilə bağlı xüsusi bir qadağanın olmadığını
bildirdi. Əsədov peyvənd olunmağın insanların şəxsi düşüncə və
qərarından asılı olduğunu söylədi.
“Nəticə olaraq peyvənd olunmağın bizim dinimizdə
qadağası yoxdur. Daha da insanın sağlam yaşaması, həyatlarını
qorumaq, başqasına da xəstəliyi yoluxdurmamaq, ömrünə fayda vermək
üçün alqışlayır. Bizim dində bununla bağlı heç bir problem
yoxdur.”
Əsədov peyvənd olunub-olunmayacağı ilə bağlı suala cavab olaraq
bildirdi ki,hələ peyvəndlərlə bağlı tam araşdırma aparma aparmayıb.
O, peyvəndlərlə bağlı araşdırma apardıqdan sonra çoxluğun tələb
etdiyi peyvəndi vurduracağını dedi.
“Peyvənd olunmağı düşünürəm, amma qəbullandığım, hərkəsin müsbət
baxdığı peyvənd olarsa, vurduraram. Bəzi ölkələr özlərini
doğrultmadığını bilə-bilə gedib vaksin olunmaqdansa, gözləyib daha
faydalısını etdirmək məsləhətlidir.”
Şeyx konkret olaraq hansı vaksinlə peyvənd olunacağını bilmir. O,
kiçik bir araşdırmadan sonra qərar verəcəyini və güvəndiyi vaksinin
Gürcüstana gəldiyi təqdirdə peyvənd olunacağını bildirdi.
Qeyd edək ki, Gürcüstanda peyvənd olunma prosesində “Pfizer”,
“AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Vaksinlərlə
bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.