Ruslan Hacıyev koronavirusa qarşı peyvənd olunmağı planlaşdırır
Parlamentin Marneuli majoritar seçki dairəsindən keçmiş deputatı Ruslan Hacıyev koronavirusa qarşı peyvənd olunmağı planlaşdırır.

O, bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı məlumat verdi. Hacıyev peyvənd prosesini müsbət qarşıladığını və hər kəsin peyvənd olunmasının vacib olduğunu bildirdi.

Onun sözlərinə görə, konkret olaraq hələ ki, hansı ölkənin hazırladığı peyvəndi seçəcəyi ilə bağlı qərar verməyib. Lakin o, Gürcüstanda, Marneulidə insanlar tərəfindən ən çox tələb olunan peyvənd olduğu halda hamı kimi həmin peyvəndi vurduracağını qeyd etdi. Keçmiş deputat peyvəndlərlə bağlı qorxmaq və çəkinməyin əsassız olduğunu, bütün peyvəndlərin xüsusi laboratoriyalarda yoxlamadan keçirildiyini vurğuladı.

Qeyd edək ki, Gürcüstanda peyvənd prosesində “Pfizer”, “AstraZeneca” və “Sinopharm” vaksinlər tətbiq olunur. Marneulidə Çin vaksini "Sinopharm"-ın vurulması üçün bütün yerlər dolub. Gürcüstan 30 aprel tarixində 100 000 doza "Sinovak" və 100 800 ədəd şpris alıb. 18 yaşdan yuxarı olanlar booking.moh.gov.ge veb-səhifəsində qeydiyyatdan keçə bilərlər. Marneulidə "Sinopharm" peyvəndinin vurulması 5 may tarixindən 21 may tarixinə qədər planlaşdırılıb.

Vaksinlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.



Print Email
FaceBook Twitter Google