13 may tarixindən Marneulinin bütün məktəbləri tədris prosesini sinif otaqlarında bərpa edəcək
Marneuli bələdiyyəsinin bütün məktəblərində tədris prosesi sinif otaqlarında bərpa olunacaq.

Yerli resurs mərkəzin nümayəndəsi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 13 may tarixindən bələdiyyədə mövcud olan təhsil müəssisələri, ictimai və özəl məktəblər tədrisi sinif otaqlarında davam etdirəcəklər.

“İndiki mərhələdə nə müəllimlərdə, nə də şagirdlərdə koronavirusa heç bir yoluxma qeydə alınmayıb. Bu gün və dünən bütün sinif otaqları, dəhlizlər təmizləndi, xüsusi məhlulla dezinfeksiya işləri aparıldı. Bildiyiniz kimi həmin məhlulları bizə nazirlik verib. Müəllimlərin testdən keçirilməsi də davam edəcək.”

İrma Davadzenin sözlərinə görə, Marneulidə işləyən pedaqoqlar da peyvənd prosesinə qoşulmaq istəklərini bildiriblər. İndiki mərhələdə pedaqoqların təxminən 3%-i peyvənd olunub.

“Bilirsiniz ki, peyvənd prosesi könüllüdür və istəyi olan pedaqoqlar da var. Onlar qeydiyyatdan keçiblər, peyvənd vurdururlar. “Astrazeneka” 55 yaşdan yuxarı olanlara vurulurdu. “Sinofarm” üçün qeydiyyat başlayanda istirahət günlərinə təsadüf etdi, ancaq dəqiq bilmirik neçə nəfər qeydiyyatdan keçib. Təxminən 3% peyvəndin birinci mərhələsində iştirak edib.”

Qeyd edək lazımdır ki, Gürcüstan miqyasında 4-11 may tarixinə qədər istirahət günləri elan olunub. Bu dövr ərzində təhsil müəssisələri də istirahət edir. Ölkədə ağır epidemioloji vəziyyət olduğuna görə, istirahət günləri elan etməyə ehtiyac yaranıb.

Print Email
FaceBook Twitter Google