Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəyi ehtimal
olunur.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi.
Onun sözlərinə görə, Ramazan ayının başlaması Ay təqvimi əsasında
olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olunacaq.
“Ramazan bayramının dəqiq hansı gün olması bu gün axşam
ayın çıxması ilə müəyyən olunacaq. Bu haqda müsəlman alimləri
arasında fərqli nəzəriyyə və müxtəlif fikirlər də var. Müəyyən
müsəlmanlar bu inancdadır ki, dünyanın bir nöqtəsində ayın
görünməsini dünyanın digər nöqtələrində də nəzərə almaq olar. Ona
görə də Ramazan bayramının sabah olacağını öncədən bildiriblər.
Ancaq başqa bir nəzəriyyəyə görə isə ayın dünyanın bir nöqtəsində
deyil, belə deyək üfüqləri yaxın olan bölgələrdə görünməsi
lazımdır. Buna görə də ayın görünməsi üçün teleskopla, yada ki,
yaxınlaşdırıcı bir vasitə ilə görmək kifayət edər. Beləliklə bəzi
ölkələrdə artıq Ramazan bayramının birinci gününü elan ediblər.
Ancaq müəyyən ölkələr var ki, hələ ki dəqiq nəzəriyyə, fikir
söyləməyiblər. Bu axşamüstü məlum olacağını
bildiriblər”, – Hacı Ramin İgidov dedi.
Ramin İgidov onu da əlavə etdi ki, İslam dinində yetkinlik yaşına
çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü
fitrə çıxmalıdır.
Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan
insanlara verilməlidir.