Xəbərlər
Zaur Darğallı müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib – Video
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı Gürcüstanda yaşayan müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.

Darğallı bu barədə öz “Facebook” səhifəsində video paylaşım edib. O, xüsusi ilə Marneuli və Qardabanidə yaşayan müsəlmanları ürəkdən təbrik etdiyini qeyd edib.

“Əziz dostlar hər birimiz üçün Müqəddəs olan Ramazan ayı sona çatır. Mən Ramazan bayramı münasibəti ilə Gürcüstanda yaşayan bütün müsəlmanları, xüsusi ilə də Marneuli və Qardabanidə yaşayan müsəlmanlarımızı ürəkdən təbrik edirəm! Sizə və ailələrinizə xoş günlər, əminamanlıq və firəvanlıq arzu edirəm! Ramazan bayramınız mübarək!”


Qeyd edək ki, bu gün, 13 may tarixində dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər.


FaceBook Twitter Google