Araflı kəndində Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO/VIDEO)
12:50 / 13.05.2021
Bu gün, 13 may tarixində Marneuli rayonunun Araflı kəndində Ramazan
bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib. Xeyriyyə
aksiyasında yoldan keçən kənd sakinlərinə və qonaqlara
şirniyyatlar, xurma və su paylanılıb.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı aksiyanın
təşkilatçılarından Nurməhəmmədəli Məmmədov məlumat verdi.
Onun sözlərinə görə, onlar dini bayramlar zamanı bu cür aksiyalar
təşkil edirlər.
Sakinlər belə xeyriyyə aksiyalarını müsbət dəyərləndirirlər.
Aksiya səhər saatlarında başladı və günorta saatlarına kimi davam
etdi.
Qeyd edək ki, tədbir xeyriyyəçi insanların dəstəyi ilə həyata
keçirilib.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166