Xəbərlər
“Görarxı” xeyriyyə fondu aztəminatlı ailələrə ərzaq yardımı edib
13 may tarixində Algeti kəndində yerləşən "Görarxı" xeyriyyə fondu tərəfindən Fitr bayramı münasibətilə aztəminatlı ailələrə yardım paketləri təqdim olunub.

Algeti kənd məscidinin Axundu Mahir Quliyev “Marneuli” radiosu ilə söhbəti zamanı yardımla bağlı məlumat verdi. Mahir Quliyevin sözlərinə görə, “Görarxı” xeyriyyə fondunun xeyriyyəçi üzvləri tərəfindən Ramazan günlərində imkansız ailələrə 50 ədəd yardım paketi paylanılıb. Bundan əlavə, onlar ötən gün Fitr bayramı münasibətilə daha 20 ədəd ərazqla dolu paketi Algeti kəndində yaşayan aztəminatlı ailələrə çatdırıblar.



“Görarxı” xeyriyyə fondu koronavirusun yayılmasından sonra karantin rejimində yaşayan və maddi vəziyyəti çətin olan ailələrə yardım etmək üçün yaradılıb. Bu günə qədər fonda yerli və xaricdə yaşayan Gürcüstan vətəndaşları dəstək olublar.

FaceBook Twitter Google