Marneulinin üç kəndində yollara asfalt qatının çəkilməsi üçün bir milyon laridən artıq vəsait ayrılıb
Marneuli bələdiyyəsinin Dəmyə, İmirçala və Xixani kəndlərində yollara asfalt qatının çəkilməsi planlaşdırılır.

Yerli özünüidarə artıq 1 241 299 lari dəyərində tender elan edib. Tender sənədlərinə əsasən pulun 95%-ni dövlət, 5%-i isə meriya maliyyələşdirəcək.

Meriya Dəmyə, İmirçala və Xixani kəndində daxili yollara asfalt qatının çəkilməsi işləri üçün 2 iyun tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyənlər 18 iyundan 23 iyuna qədər təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata keçirməli olacaq.

Print Email
FaceBook Twitter Google