Vətəndaş borcumu tam ödəmiş oldum – Savalan Mirzəyev
Parlamentin deputatı Savalan Mirzəyev koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub.

O, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Mirzəyev Çin istehsalı olan “Sinovac” peyvəndini vurdurub.

Deputat peyvənd olunduğu ilə bağlı fotosunu paylaşaraq bu sözləri yazıb – “Vətəndaş borcumu tam ödəmiş oldum. Peyvəndin ikinci dozasını vurdurdum.”

Qeyd edək ki, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı hələ də koronavirusa qarşı peyvənd olunmayıb.

Xatırladaq ki, 24 may tarixindən Gürcüstanda koronavirus əleyhinə Çin istehsalı “Sinovac” vaksininin tətbiqinə başlanılıb.

Çin vaksininin Gürcüstanda yaşı 18-dən çox olan şəxslər üçün istifadəsi nəzərdə tutulub.



Print Email
FaceBook Twitter Google