Parlamentin deputatı Savalan Mirzəyev koronavirusa qarşı peyvəndin
ikinci dozasını vurdurub.
O, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Mirzəyev Çin
istehsalı olan “Sinovac” peyvəndini vurdurub.
Deputat peyvənd olunduğu ilə bağlı fotosunu paylaşaraq bu sözləri
yazıb –
“Vətəndaş borcumu tam ödəmiş oldum. Peyvəndin
ikinci dozasını vurdurdum.”
Qeyd edək ki, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən
majoritar deputatı Zaur Darğallı hələ də koronavirusa qarşı peyvənd
olunmayıb.
Xatırladaq ki, 24 may tarixindən Gürcüstanda koronavirus əleyhinə
Çin istehsalı “Sinovac” vaksininin tətbiqinə başlanılıb.
Çin vaksininin Gürcüstanda yaşı 18-dən çox olan şəxslər üçün
istifadəsi nəzərdə tutulub.