Vahid Milli İmtahanlar üçün 38 400-dən artıq abiturient qeydiyyatdan keçib
15 iyun tarixində, saat 18:00-da 400-dən artıq abiturient milli imtahanlardan əvvəl riyaziyyat testindən keçəcək.

Onlayn test imtahanını “Yeni Düşüncə İnstitutu” “Açıq Cəmiyyət” fondunun maliyyə dəstəyi ilə həyata keçirir. “Yeni Düşüncə İnstitutunun” təsisçilərindən, Kamran Əfəndiyevin bildirdiyinə görə, Azərbaycan dilli abiturientlər üçün bu fəallığı artıq iki ildir həyata keçirirlər və istəyi olanların sayı hər il artır.

“Bu motivasiya göstəricilərindən biridir. Abiturientlər həqiqətən çətinlik çəkir, hələ ki, qapalı məkanda lap çətindir. Kəndlərdə müvafiq şərait əlçatan deyil. Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Tetritskaro, Kareli, Telavidən, demək olar Gürcüstanın etnik Azərbaycanlıların məskunlaşdığı bütün regionlarından qeydiyyatdan keçiblər. Biz dörd ildir ki, icma mərkəzimizdə abiturientləri hazırlayırıq. Ancaq saya görə məhdudiyyətimiz var. Ona görə də ötən il və bu il düşündük ki, bərabər imkanların olması üçün daha çox adama kömək edək.”

Testdən keçmək üçün qeydiyyatdan keçmiş, vahid milli imtahanlara hazırlaşan abiturientlərin elektron ünvanına suallar göndəriləcək. İmtahan onlayn qaydada, 1 saat 30 dəqiqə davam edəcək. 40 suallıq test riyaziyyat müəllimi, Marneuli sakini Elvir Həsənoğlu tərəfindən hazırlanıb. İmtahan bitdikdən sonra testlər yoxlanılacaq və abiturientlərə öz nəticələri bildiriləcək.

Qeyd etmək lazımdır ki, 2021-ci ilin vahid milli imtahanları 1 iyul tarixində gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq.


Print Email
FaceBook Twitter Google